Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı

Ledi Qaqa,Beyonse bu azərbaycanlı dizaynerin paltarlarını geyinir –

User 11 May 2026 - 13:38 (Last updated: 11 May 2026 - 13:32)
qalib
Qalib Həsənov – moda dünyasının yüksələn ulduzu
Gürcüstandan olan dizayner Qalib Həsənov gənc modelyerlər üçün dünyanın ən nüfuzlu müsabiqələrindən biri sayılan LVMH Prize mükafatının finalına yüksəlib.
O, buna nail olan ikinci gürcü dizaynerdir — birincisi 2015-ci ildə Demna Qvasalia olub. Müsabiqənin münsiflər heyətində moda sənayesinin ən böyük simaları, o cümlədən Conatan Anderson, Sara Burton, Mark Ceykobs, Fərrell Uilyams, Mariya Qratsiya Kyuri, Nikolya Geskier yer alır.
Qaliblər 4 sentyabrda elan olunacaq.
Qalib Həsənov Qardabani rayonunun Qaracalar kəndində anadan olub, 18 yaşına qədər Gürcüstanda yaşayıb, Azərbaycan məktəbində oxuyub və onun sözlərinə görə, o vaxt dizayner peşəsinin mövcudluğundan belə xəbəri olmayıb. Sadəcə üz və əl detalları olmadan geyim və ayaqqabı eskizləri çəkir, onları sinif yoldaşlarına hədiyyə edirdi.
2013-cü ildə modelyer Gürcüstanın BENEXT moda müsabiqəsində qalib gəlib və Milanda yerləşən Haute Future Fashion Academy-də pulsuz təhsil almaq imkanı qazanıb. Beləliklə, Tbilisi yaxınlığındakı azərbaycanlı kəndindən Milana uzanan yolu başlayıb və bu gün də orada yaşayır.
Qalib Həsənov ilk brendini kurs yoldaşı ilə birlikdə Act n°1 adı ilə yaradıb və artıq 2017-ci ildə Vogue Italia müsabiqəsində qalib olub. Daha sonra daha çox yaradıcılıq azadlığı əldə etmək üçün ayrıca layihəyə fokuslanaraq Institution adlı yeni platforma qurub və onu sadəcə brend deyil, “kreativ institut” kimi təqdim edir.
Bu gün onun yaratdığı geyimləri Beyonse, Tilda Svinton, Ledi Qaqa, Keyt Blanşett kimi dünya ulduzları geyinir və Vogue onu dünya modasının yüksələn ulduzu adlandırır.
Fevral ayında Həsənov Milanda keçirilən Moda Həftəsində Institution-un yeni kolleksiyasını təqdim edib və nümayiş beynəlxalq mətbuat tərəfindən yüksək qiymətləndirilib. İndi isə o, LVMH Prize-ın əsas mükafatı uğrunda mübarizə aparacaq: qalib 400 min avro və LVMH komandası ilə bir illik mentorluq əldə edəcək.
Institution üçün hazırladığı işlərdə Həsənov Azərbaycan xalçaçılıq ənənələrindən istifadə edir, sosial şəbəkələrdə isə geyimlərin hazırlanma prosesini göstərərək Kvemo Kartli bölgəsinin sənətkarlarının əməyini tanıdır.

AzPost.az

Post navigation

Previous: Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
Next: Britaniya Baş naziri məğlubiyyətə görə məsuliyyəti öz üzərinə götürüb

Oxşar xəbərlər

payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
avtomobil yol
  • Maraqlı

Avtomobil niyə əvvəlkindən çox yanacaq yandırır?

User 24 Oktyabr 2026 - 17:55
gezmek
  • Maraqlı

Gündəlik gəzinti nə üçün vacibdir?

User 24 Oktyabr 2026 - 17:15

xƏBƏR

payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
Payız gələndə ağacların yaşıl yarpaqları sarı, narıncı və qırmızı rənglərə boyanır. Bəzən eyni ağacın budaqlarında müxtəlif rəngli...
Read more about Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb
Avtomobil niyə əvvəlkindən çox yanacaq yandırır? avtomobil yol
  • Maraqlı

Avtomobil niyə əvvəlkindən çox yanacaq yandırır?

User 24 Oktyabr 2026 - 17:55
Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi pehriz
  • Sosial

Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi

User 24 Oktyabr 2026 - 17:35
Gündəlik gəzinti nə üçün vacibdir? gezmek
  • Maraqlı

Gündəlik gəzinti nə üçün vacibdir?

User 24 Oktyabr 2026 - 17:15
Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq? bakı tbilisi qatar
  • Sosial

Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?

User 24 Oktyabr 2026 - 15:11
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.