Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı

İsa peyğəmbərin möcüzələr göstərdiyi şəhər tapıldı

User 12 May 2026 - 22:52 (Last updated: 12 May 2026 - 22:52)
arxeoloq

Arxeoloqlar İsraildə İsa Məsihin möcüzələr göstərdiyi Vifsaida şəhərini tapdıqlarını bəyan ediblər. 

Azpost.info Britaniyanın “The Daily Star” qəzetinə istinadən bildirir ki, Əl-Arac şəhəri elə Bibliyada qeyd olunan Vifsaida şəhəridir. Alimlər bunu tapdıqları Müqəddəs Pyotrun evi və İsa Məsihin möcüzələr göstərdiyi itirilmiş kilsənin müəyyən etmələri ilə əsaslandırırlar.

Mütəxəssislər hesab edirlər ki, İsraildə Əl-Ərəc kimi tanınan yer İsanın ən inanılmaz möcüzələrindən bir neçəsini göstərdiyi əfsanəvi Vifsaida şəhəridir. Arxeoloqlar onların kəşfinin Həvari Pyotrun həqiqətən harada yaşadığına işıq salacağını söyləyirlər.

Gölün sahilində elm adamları həvarilərin kilsəsi olduğuna inandıqları Bizans dövrünə aid nəhəng bir bazilika aşkar ediblər. Onlar həmçinin Roma dövründə yerli balıqçılar tərəfindən istifadə edilən ağır daşlar və Müqəddəs Pyotru “həvarilərin başı və cənnətin açarlarının saxlayıcısı” adlandıran bir yazı tapıblar. Arxeoloqlar ən heyrətamiz kəşfi kilsənin apsisinin, bir vaxtlar qurbangahın yerləşdiyi günbəzli hissənin altında gizlənmiş birinci əsrə aid bir tikili kimi təsvir ediblər. Alimlərin tapıntıları kilsənin birbaşa Pyotr və Andrey qardaşlarının evinin yerində tikildiyini iddia edən VIII əsr yepiskopu Villibaldın qeydləri ilə dəstəklənir.

Qazıntı direktoru Stiven Notli bildirib ki, bu kəşf Pyoturn bazilika ilə sıx əlaqəli olduğunu və çox güman ki, ona həsr olunduğunu göstərən ən inandırıcı dəlildir”.

O, qeyd edib ki, Bizans xristian ənənəsində Pyotrun evi bu gün tez-tez inanıldığı kimi, Kapernaumda deyil, Vifsaida yerləşdiyindən, bazilika onun evinin xatirəsinə ucaldılıb.

Qeyd olunur ki, Yeni Əhdi-Cədidə görə, İsa Vifsaidada kor bir insanın görmə qabiliyyətini bərpa edib, onu kənddən çıxarıb. Yaxınlıqda yaşayan 5000 nəfəri beş çörək və balıqla doyurub və ətrafına Filip, Endryu və Pyotrun də daxil olduğu yaxın adamlarını toplayıb.

AzPost.az

Post navigation

Previous: “Ukrayna münaqişəsi sona çatmağa çox yaxındır” –
Next: “Avroviziya 2026” mahnı müsabiqəsi başlayıb

Oxşar xəbərlər

beyin
  • Maraqlı

Beynin gizli mexanizmi araşdırıldı – Görünməyən təsvir də beyində qalır

User 26 Oktyabr 2026 - 12:34
olum dirim
  • Maraqlı

Alimlərdən təəccüblü araşdırma – İnsan zorakılıqla ölərsə, “yenidən doğuluş” daha tez baş verir?

User 26 Oktyabr 2026 - 10:17
uno foto
  • Maraqlı

ABŞ naməlum uçan obyektin görüntülərini yayımladı – sürəti 2900 km/saat olub?

User 26 Oktyabr 2026 - 10:04

xƏBƏR

elmar esas
  • Sosial

Kafedə kütləvi davanın 2 təqsirkarı haqqında həbs qərarı verildi – VİDEO

User 26 Oktyabr 2026 - 19:03
Bakıda kafedə bir nəfərin ölümü ilə bitən kütləvi davanın təqsirkarları məhkəməyə çıxarılıb. “Qafqazinfo”nun məlumatına görə, Binəqədi Rayon...
Read more about Kafedə kütləvi davanın 2 təqsirkarı haqqında həbs qərarı verildi – VİDEO
“Bizə cavab vermək imkanı yaradılmır” – Hikmət Hacıyev hikmet01
  • Siyasət

“Bizə cavab vermək imkanı yaradılmır” – Hikmət Hacıyev

User 26 Oktyabr 2026 - 17:45
Tramp Netanyahunun xahişini rədd edib – İrana hücum niyə təxirə salındı? tramp netanyahu
  • Dünya

Tramp Netanyahunun xahişini rədd edib – İrana hücum niyə təxirə salındı?

User 26 Oktyabr 2026 - 17:39
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib teymur yehya
  • Sosial

Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib

User 26 Oktyabr 2026 - 17:11
Azərbaycanda günəş enerjisi Stansiyası özünü doğrulda bilib? – 262 milyon dollar və 3illik nəticə / TƏHLİL gunes stansiyasi
  • Baş Yazı

Azərbaycanda günəş enerjisi Stansiyası özünü doğrulda bilib? – 262 milyon dollar və 3illik nəticə / TƏHLİL

User 26 Oktyabr 2026 - 16:12
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.