Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

DİM-dən ali məktəbə imtahansız daxil olan olimpiada qaliblərinə müraciət

User 13 May 2026 - 11:00 (Last updated: 13 May 2026 - 11:00)
Buraxılış imtahanlarının qrafiki

Buraxılış imtahanlarının qrafiki

Dövlət İmtahan Mərkəzi (DİM) Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qaliblərinə müraciət edib.

DİM-dən verilən xəbərə görə, Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarına uyğun olaraq, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.

Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri dedikdə, beynəlxalq fənn olimpiadasının qızıl, gümüş və ya bürünc medalı ilə təltif olunmuş şəxslər, IX-XI sinif şagirdləri arasında keçirilən respublika fənn olimpiadasında birinci, ikinci və üçüncü yer tutmuş şəxslər, beynəlxalq müsabiqənin və ya yarışın (15 yaşdan yuxarı yaş qrupunda) laureatı olmuş (ali mükafat, birinci, ikinci və üçüncü yerlər) şəxslər nəzərdə tutulur.

Məlumata görə, beynəlxalq və respublika fənn olimpiadasının qalibinin tam orta təhsil səviyyəsini bitirdikdən sonrakı növbəti 2 tədris ili üçün, beynəlxalq müsabiqənin və ya yarışın qalibi isə tam orta təhsil səviyyəsini bitirməklə qalibiyyət əldə etdikdən sonrakı növbəti 5 tədris ili üçün ali təhsil müəssisəsinə tələbə qəbulunda yalnız bir dəfə müsabiqədənkənar qəbul olunmaq hüququ vardır.

Bildirilib ki, müsabiqədənkənar qəbulun aparıldığı ixtisaslar, beynəlxalq və respublika fənn olimpiadalarının siyahısı, beynəlxalq müsabiqələrin və yarışların siyahısı Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarında əks olunub.

Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri, eyni zamanda, indiyədək müvafiq sənədlərini DİM-ə təqdim etməyənlər 13 may – 30 iyun tarixlərində ümumi qaydada təsdiq olunmuş “Abituriyent elektron ərizəsi” formasının surəti, beynəlxalq fənn olimpiadasının, yaxud respublika fənn olimpiadasının, beynəlxalq müsabiqənin və ya yarışın qalibi olduğunu təsdiq edən sənədin fotosurəti və müvafiq tədbirin keçirildiyi ölkə, tarix və nəticələrin əks olunduğu rəsmi sayt barədə məlumatı Dövlət İmtahan Mərkəzinə və ya onun regional bölmələrinə təqdim etməlidirlər.

AzPost.az

Post navigation

Previous: Ermənistanla ticarətə başlanması üçün hazırlıqlar başa çatıb –
Next: Rusiya Ukraynaya PUA-larla hücum edib –

Oxşar xəbərlər

rusiyamehkeme
  • Sosial

Dələduzluqda ittiham edilən şəxs zərərçəkənlə barışdı, həbsdən azad edildi

User 27 Oktyabr 2026 - 11:36
person measures blood sugar with glucometer
  • Sosial

Şəkəri tənzimləməyə kömək edən 5 qida – Kişilər menyuya nə əlavə etməlidir?

User 27 Oktyabr 2026 - 11:10
Pensiya
  • Sosial

Azərbaycanda əlilliyə görə ödəniş alanların sayı açıqlandı

User 27 Oktyabr 2026 - 10:55

xƏBƏR

rusiyamehkeme
  • Sosial

Dələduzluqda ittiham edilən şəxs zərərçəkənlə barışdı, həbsdən azad edildi

User 27 Oktyabr 2026 - 11:36
Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası dələduzluq cinayətinə görə məhkum edilmiş şəxs barəsində zərərçəkmiş şəxslərlə barışığın əldə olunması...
Read more about Dələduzluqda ittiham edilən şəxs zərərçəkənlə barışdı, həbsdən azad edildi
Şəkəri tənzimləməyə kömək edən 5 qida – Kişilər menyuya nə əlavə etməlidir? person measures blood sugar with glucometer
  • Sosial

Şəkəri tənzimləməyə kömək edən 5 qida – Kişilər menyuya nə əlavə etməlidir?

User 27 Oktyabr 2026 - 11:10
İlham Əliyevdən sərt mesaj – “Müstəqil ölkəyə necə yaşamağı öyrətmək istəyirlər” ilham ali forum
  • Siyasət

İlham Əliyevdən sərt mesaj – “Müstəqil ölkəyə necə yaşamağı öyrətmək istəyirlər”

User 27 Oktyabr 2026 - 11:02
Putin ABŞ-da G20 sammitində iştirak edəcək? – Kremldən açıqlama putin valday
  • Dünya

Putin ABŞ-da G20 sammitində iştirak edəcək? – Kremldən açıqlama

User 27 Oktyabr 2026 - 11:00
Azərbaycanda əlilliyə görə ödəniş alanların sayı açıqlandı Pensiya
  • Sosial

Azərbaycanda əlilliyə görə ödəniş alanların sayı açıqlandı

User 27 Oktyabr 2026 - 10:55
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.