Ölkədən qaçan nazir müavini axtarışa verildi

Rusiyada Təbii sərvətlər və ətraf mühit nazirinin sabiq müavini Denis Butsayev axtarışa verilib.

Azpost.info -nun məlumatına görə, Mediazona agentliyin məlumat bazasında aşkar edib ki, Daxili İşlər Nazirliyi keçmiş nazir müavini Denis Butsayevi axtarışa verib. Butsayevə qarşı işin açıldığı cinayət məcəlləsinin maddəsi axtarışa verilənlər siyahısında göstərilməyib.

“Vedomosti” mənbələrə istinadən bildirib ki, keçmiş nazir müavini aprelin sonlarında istefa verdikdən dərhal sonra ölkəni tərk edib.

Bu mənbələrə görə, Baş nazir Mixail Mişustin 22 apreldə Denis Butsayevin “xahişi ilə” işdən çıxarılması barədə əmr imzaladıqdan sonra keçmiş məmur dərhal Minsk vasitəsilə Rusiyanı tərk edib.
Daha əvvəl anonim mənbələr “Rusiya Ekoloji Operatoru”nun (Butsayevin 2019-cu ildə rəhbərlik etdiyi “tullantı islahatı”nı həyata keçirən şirkət) inzibati direktoruna və təşkilatın top menecerlərinə qarşı dələduzluq ittihamı ilə cinayət işi açıldığını bildiriblər. Bu məlumat “Vedomosti”nin mənbəyi tərəfindən təsdiqlənib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.