Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Katogriyasız

Tbilisi prospektinin iki küçə ilə kəsişməsində yeni zolaq yaradıldı

User 14 May 2026 - 17:33 (Last updated: 14 May 2026 - 17:34)
yol

Tbilisi prospektinin Həsən Əliyev və Şəfayət Mehdiyev küçələri ilə kəsişməsində icra olunan layihənin əsas hissəsi yekunlaşıb.

Bu barədə Azpost.info-ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Məlumata görə, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində icra edilən layihənin məqsədi yol hərəkətinin təhlükəsizliyini artırmaq, nəqliyyat axınının fasiləsizliyini təmin etmək və şəhər mobilliyini daha səmərəli təşkil etməkdir.

Layihə çərçivəsində aşağıdakı dəyişikliklər həyata keçirilib:

– Sola dönən nəqliyyat vasitələri üçün hər iki istiqamətdə axından ayrılmış xüsusi zolaqlar yaradılıb. Bu yanaşma sayəsində dönmə əməliyyatı edən sürücülər ümumi axından ayrılır, düzünə hərəkət edən nəqliyyat vasitələri isə maneəsiz və sürətli şəkildə yollarına davam edə bilir.

– Tbilisi prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində hərəkət intensivliyinin yüksək olması və axınların qeyri-bərabərliyi nəzərə alınaraq, nizamlanmayan hərəkət ləğv edilib. Nəqliyyat vasitələrinin və piyadaların növbəli və təhlükəsiz hərəkətini təmin etmək üçün bu kəsişmədə yeni işıqforlar quraşdırılıb.

– Piyadaların təhlükəsizliyi üçün nizamlanan piyada keçidləri təşkil olunub, əlilliyi olan şəxslərin rahat hərəkəti üçün panduslar inşa edilib.

Layihəyə əsasən, Tbilisi prospektində Ə.Salamzadə küçəsi ilə kəsişmə istiqamətində avtobus zolağı təşkil olunub.

Bu layihənin icrası nəticəsində:

– qeyd edilən yol sahəsində buraxıcılıq qabiliyyəti artırılıb;

– ictimai nəqliyyatın fasiləsiz hərəkəti təmin edilib;

– piyadaların təhlükəsizliyi yaxşılaşdırılıb;

– əlçatanlıq yüksəlib

Qeyd edək ki, layihənin yekunlaşdırılması istiqamətində işlər (yol nişanlarının quraşdırılması, səkilərin və pandusların təşkili) davam etdirilir.

AzPost.az

Post navigation

Previous: “Tramp Çin rəhbərindən İranla bağlı heç bir kömək istəmədi” –
Next: “Rusiya ilə münaqişəyə girmək bizim həddimiz deyil” –

Oxşar xəbərlər

çay
  • Katogriyasız

Çayla birlikdə bu 4 qidanı yeməyin – Həkimlərdən xəbərdarlıq

User 19 Noyabr 2026 - 09:40
rus liman
  • Katogriyasız

Rusiyanın ən böyük limanı PUA-larla vuruldu- Yanğın başladı, yaralılar var

User 11 Noyabr 2026 - 10:34
erdo susa02
  • Katogriyasız

Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?

User 08 Noyabr 2026 - 18:05

xƏBƏR

kulek
  • Sosial

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

User 21 Noyabr 2026 - 16:58
Noyabrın 22-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə Milli Hidrometeorologiya...
Read more about Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Qızılağac qoruğunda balıq tutan şəxs saxlanılıb su polisi
  • Sosial

Qızılağac qoruğunda balıq tutan şəxs saxlanılıb

User 21 Noyabr 2026 - 15:16
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib ilham xanim vyetnam
  • Siyasət

Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

User 21 Noyabr 2026 - 15:10
“Sabah TRIPP proqramının başlanmasını rəsmən elan edəcəyik” – Paşinyan pasinyan01
  • Dünya

“Sabah TRIPP proqramının başlanmasını rəsmən elan edəcəyik” – Paşinyan

User 21 Noyabr 2026 - 15:08
Putin ukraynalı hərbçilərə çağırış etdi – “Bizim tərəfə keçin” putin kustirtisa01
  • Dünya

Putin ukraynalı hərbçilərə çağırış etdi – “Bizim tərəfə keçin”

User 21 Noyabr 2026 - 13:34
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.