ABŞ Kubanın keçmiş lideri Raul Kastroya qarşı ittihamlar irəli sürüb.
Azpost.info bildirir ki, bu barədə Reuters agentliyi Ağ Evin yüksək vəzifəli məmuruna istinadən məlumat verir.
Ədliyyə Nazirliyindəki mənbəyə görə, 94 yaşlı Kastroya qarşı ittihamlar 1996-cı ildə Kuba qırıcı təyyarələrinin Kuba mühacirləri təşkilatına məxsus təyyarələri vurduğu hadisə ilə əlaqəli ola bilər.
The New York Times qəzeti əvvəllər ABŞ-ın Kastronu “Venesuela üslubunda” saxlamağı müzakirə etdiyini bildirmişdi. Lakin ABŞ prezidenti Donald Trampa yaxın mənbələr iddia edirlər ki, Trampın özü belə bir cəhdi dəstəkləməyə bilər.