Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Katogriyasız

Kiçik ada dövlətlərində şəhərləşmə iqlim risklərini daha da artırır –

User 21 May 2026 - 13:34
6a0ed04d7ed0d6a0ed04d7ed0e17793557256a0ed04d7ed0b6a0ed04d7ed0c

Kiçik ada dövlətlərində şəhərləşmə iqlim risklərini daha da artırır.

“APA-Economics” xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Kiçik Ada İnkişaf Etməkdə Olan Dövlətlərdə inklüziv şəhər dayanıqlılığı, mavi iqtisadiyyat və davamlı turizm” mövzusunda xüsusi sessiyada BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Asiya və Sakit Okean üzrə regional direktoru Kazuko İşiqaki deyib.

O bildirib ki, dəniz səviyyəsinin yüksəlməsi, sahil eroziyası, iqlimlə bağlı təbii fəlakətlərin artması, kiçik iqtisadiyyatlar, məhdud əlaqəlilik və torpaq çatışmazlığı kiçik ada dövlətlərinin üzləşdiyi əsas problemlərdir.

Kazuko İşiqaki qeyd edib ki, bu çağırışlar sürətlənən şəhərləşmə fonunda daha da kəskinləşir: “Bu proses mənzilə, əsas xidmətlərə, dayanıqlı infrastruktura və inklüziv planlaşdırmaya tələbatı artırır”.

Onun sözlərinə görə, torpaq və dövlət resursları uğrunda rəqabətin güclənməsi, eləcə də vəsaitlərin tez-tez fəlakətlərin nəticələrinin aradan qaldırılmasına yönəldilməsi uzunmüddətli iqlimə uyğunlaşma və dayanıqlı inkişaf həllərinə ehtiyacı artırır.

UN-Habitat rəsmisi vurğulayıb ki, şəhərlər yalnız risk mənbəyi deyil, həm də innovasiya, güclü mədəni kimlik və icma liderliyi mərkəzləridir. O qeyd edib ki, okeanlarla əhatə olunan ada dövlətləri mavi iqtisadiyyatın inkişafı və davamlı turizm üçün böyük potensiala malikdir.

Kazuko İşiqaki əlavə edib ki, mənzil siyasəti, torpaq idarəçiliyi, iqlimə uyğunlaşma, mavi iqtisadiyyat və davamlı turizm siyasətləri bir-biri ilə daha sıx əlaqələndirilməlidir. Onun sözlərinə görə, bu məqsədə yalnız hökumətlər, yerli icmalar, regional təşkilatlar, inkişaf tərəfdaşları, akademik dairələr və özəl sektorun birgə əməkdaşlığı ilə nail olmaq mümkündür.

AzPost.az

Post navigation

Previous: Qidaları xarab olmadan daha uzun müddət necə saxlamaq olar?
Next: İran Hörmüz boğazındakı nəzarət zonasını nümayiş etdirdi

Oxşar xəbərlər

valyuta
  • Katogriyasız

Bu günə olan valyuta məzənnələri

User 21 Oktyabr 2026 - 09:41
sabah uefa
  • Katogriyasız

“Sabah” “Borussiya”ya məğlub oldu – Çempionlar Liqası

User 20 Oktyabr 2026 - 23:24
zelenski uitkof
  • Katogriyasız

ABŞ Ukraynaya təhlükəsizlik zəmanəti verdi – Zelenski Rusiyaya təklifini açıqladı

User 20 Oktyabr 2026 - 22:28

xƏBƏR

IRAN RAKET
  • Dünya

İran genişmiqyaslı cavab zərbəsi endirməyə hazırlaşır

User 31 Oktyabr 2026 - 15:32
İran hərbi təcavüzlə üzləşəcəyi təqdirdə genişmiqyaslı cavab zərbəsi endirməyə hazır olduğunu bəyan edib. Ölkənin silahlı qüvvələri istənilən...
Read more about İran genişmiqyaslı cavab zərbəsi endirməyə hazırlaşır
Messinin ən səmimi açıqlamaları – Utancaqlığı, peşmanlığı və ailəsi ilə bağlı etirafları messi esas
  • İdman

Messinin ən səmimi açıqlamaları – Utancaqlığı, peşmanlığı və ailəsi ilə bağlı etirafları

User 31 Oktyabr 2026 - 15:12
Moped və velosiped faciəsi – 17 yaşlı gənc və Ülfət Hüseynov öldü moped
  • Kriminal

Moped və velosiped faciəsi – 17 yaşlı gənc və Ülfət Hüseynov öldü

User 31 Oktyabr 2026 - 14:17
Son 10 ildə vətəndaşın həyatını dəyişən 10 dövlət layihəsi – xalq üçün nə dəyişdi? / TƏHLİL islahat
  • Baş Yazı

Son 10 ildə vətəndaşın həyatını dəyişən 10 dövlət layihəsi – xalq üçün nə dəyişdi? / TƏHLİL

User 31 Oktyabr 2026 - 14:03
Azərbaycanda pulsuz hüquqi yardım – Kimlər dövlət hesabına vəkil ala biləcək? Azərbaycanda vəkillərin
  • Baş Yazı

Azərbaycanda pulsuz hüquqi yardım – Kimlər dövlət hesabına vəkil ala biləcək?

User 31 Oktyabr 2026 - 13:43
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.