Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Azərbaycan və Dünya Bankı “Yaşanıla bilən Bakı” layihəsi üzrə hazırlıq işlərini müzakirə edib

User 21 May 2026 - 14:20 (Last updated: 21 May 2026 - 14:36)
6a0edb3c968cd6a0edb3c968ce17793585246a0edb3c968cb6a0edb3c968cc

Azərbaycanla Dünya Bankı arasında hazırlıq mərhələsində olan “Yaşanıla bilən Bakı” layihəsi çərçivəsində əməkdaşlığın əsas istiqamətləri, eləcə də ölkədə və regionda davamlı şəhər inkişafı, ekoloji dayanıqlıq və yaşıl infrastrukturun təşviqi məsələləri müzakirə olunub.

“APA-Economics” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu gün maliyyə naziri Sahil Babayev Azərbaycanda səfərdə olan Dünya Bankının “Yaşanıla bilən Bakı” layihə qrupunun nümayəndə heyəti ilə görüşüb.

Nazir Sahil Babayev bildirib ki, Dünya Bankı ilə tərəfdaşlıq Azərbaycanın sosial-iqtisadi inkişafının dəstəklənməsi, institusional islahatların dərinləşdirilməsi və müasir, dayanıqlı infrastrukturun formalaşdırılması baxımından mühüm rol oynayır.

Qeyd olunub ki, “Yaşanıla bilən Bakı” layihəsi Bakı şəhərində ekoloji mühitinin yaxşılaşdırılması, iqlimə dayanıqlığının artırılması və daha dayanıqlı şəhər inkişafı modelinə keçidin sürətləndirilməsi baxımından strateji əhəmiyyətə malikdir.

Bildirilib ki, layihə şəhər infrastrukturunun və ictimai məkanların yenilənməsini, bərk məişət tullantılarının idarə olunmasının təkmilləşdirilməsini, çirklənmiş ərazilərin bərpasını, eləcə də şəhər idarəetmə sistemlərinin gücləndirilməsinininəzərdə tutur.

Nazir layihənin mərhələli və prioritet əsasda icrasının vacibliyini vurğulayaraq, hazırlıq işlərinin Dünya Bankı ilə sıx koordinasiya şəraitində davam etdirildiyini bildirib və göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib.

Dünya Bankının nümayəndə heyəti Azərbaycanda həyata keçirilən şəhərsalma və iqlim yönümlü islahatları yüksək qiymətləndirərək, “Yaşanıla bilən Bakı” layihəsinin müasir şəhər inkişafı və ekoloji transformasiya baxımından nümunəvi təşəbbüs ola biləcəyini qeyd edib.

Görüşdə həmçinin, ölkəmizdə həyata keçirilən digər infrastruktur və sosial yönümlü təşəbbüslər, o cümlədən regional yol infrastrukturu və məşğulluğa dəstək proqramları üzrə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər layihənin növbəti mərhələlərində institusional koordinasiyanın gücləndirilməsinin, texniki hazırlıq səviyyəsinin artırılmasının və uzunmüddətli dayanıqlığın təmin edilməsinin vacibliyini vurğulayıblar.

AzPost.az

Post navigation

Previous: Öncəki yazı
Next: Turist axınının yönləndirilməsi yeni yaşayış məntəqələri yarada bilər –

Oxşar xəbərlər

hava proqnozu haqqında
  • Sosial

Noyabrın 1-nə olan hava proqnozu

User 31 Oktyabr 2026 - 13:03
xalca sexi
  • Sosial

Azərbaycanda xalça istehsalı 61 dəfədən çox artıb

User 31 Oktyabr 2026 - 12:16
aqil abbas
  • Sosial

“Atamın Ağdamda evi olub, niyə mənə ev düşmür?” – Aqil Abbasla Sahibə Qafarova arasında mübahisə

User 30 Oktyabr 2026 - 13:10

xƏBƏR

moped
  • Kriminal

Moped və velosiped faciəsi – 17 yaşlı gənc və Ülfət Hüseynov öldü

User 31 Oktyabr 2026 - 14:17
Azərbaycanda bir gün ərzində moped və velosiped idarə edən iki gəncin yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirməsi ikitəkərli...
Read more about Moped və velosiped faciəsi – 17 yaşlı gənc və Ülfət Hüseynov öldü
Son 10 ildə vətəndaşın həyatını dəyişən 10 dövlət layihəsi – xalq üçün nə dəyişdi? / TƏHLİL islahat
  • Baş Yazı

Son 10 ildə vətəndaşın həyatını dəyişən 10 dövlət layihəsi – xalq üçün nə dəyişdi? / TƏHLİL

User 31 Oktyabr 2026 - 14:03
Azərbaycanda pulsuz hüquqi yardım – Kimlər dövlət hesabına vəkil ala biləcək? Azərbaycanda vəkillərin
  • Baş Yazı

Azərbaycanda pulsuz hüquqi yardım – Kimlər dövlət hesabına vəkil ala biləcək?

User 31 Oktyabr 2026 - 13:43
Noyabrın 1-nə olan hava proqnozu hava proqnozu haqqında
  • Sosial

Noyabrın 1-nə olan hava proqnozu

User 31 Oktyabr 2026 - 13:03
60 il əvvəl İlk video telefon belə görünürdü – İlk aparatın 100 illik sirri / FOTOXRONİKA video telefon 1960
  • Maraqlı

60 il əvvəl İlk video telefon belə görünürdü – İlk aparatın 100 illik sirri / FOTOXRONİKA

User 31 Oktyabr 2026 - 12:43
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.