Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Hadisə

Qəbul imtahanlarında “köməklik” göstərməkdə təqsirləndirilən şəxslərə hökm oxunub

User 25 May 2026 - 15:35
rusiyamehkeme

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında istifadə üçün texniki vasitələr hazırlamaqda və satmaqda təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb.

APA-nın əldə etdiyi xəbərə görə, bu gün Gəncə şəhər Məhkəməsində hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən İslam Babayev 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Ayxan Məmmədov və Murad Məmmədova azadlığın məhdudlaşdırılması cəzası tətbiq olunub.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmiş şəxslərə imtahan qaydalarına zidd olaraq köməklik göstərilməsinə dair Dövlət İmtahan Mərkəzindən Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında başlanmış cinayət işinin ibtidai istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilib.

İbtidai istintaqla fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan İslam Babayevin təşkil etdiyi hazırlıq kursunun abutriyentləri və şagirdlərinə ali məktəblərə qəbul və buraxılış imtahanlarının gedişində testləri cavablandırmağa kömək etmək məqsədilə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulan texniki vasitələri qanunsuz olaraq hazırlamasına, habelə Ayxan Məmmədov və Murad Məmmədovla cinayət əlaqəsinə girməklə həmin texniki vasitələri 11 nəfərin üzərinə quraşdırmaqla onlara köməklik göstərmələrinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlara əsasən İslam Babayevə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.3 (gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq satma və satış məqsədilə əldə etmə), və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilməklə barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, Ayxan Məmmədov və Murad Məmmədov barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.

Cinayət işi üzrə ittiham aktı təsdiq olunaraq baxılması üçün aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilib.

Xatırladaq ki, buraxılış və qəbul imtahanlarına qanunsuz texniki vasitələrin keçirilməsi ilə bağlı digər cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

AzPost.az

Post navigation

Previous: DÇ: İspaniya yığmasının heyəti müəyyənləşib, “Real”ın heç bir futbolçusu siyahıda yer almayıb
Next: Kuba Prezidenti Azərbaycan liderini təbrik edib

Oxşar xəbərlər

yangin
  • Hadisə

Bakıda restoranda yanğın olub – VİDEO

Orkhan Ali 21 Oktyabr 2026 - 09:53
MOTOXULİQANLIQ
  • Hadisə

Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb

User 08 Oktyabr 2026 - 15:55
  • Hadisə

Yol polisi Formula 1-lə əlaqədar sürücülərə müraciət edib

User 18 Sentyabr 2026 - 12:23

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.