Azərbaycanın Müstəqillik Günü münasibətilə Nyu-Yorkda bayraq qaldırma mərasimi baş tutub

BMT yanında Azərbaycanın Daimi Nümayəndəliyi Nyu-Yorkda 28 May – Müstəqillik Gününə həsr olunan ənənəvi bayraq qaldırma mərasimində iştirak edib.

APA xəbər verir ki, bu barədə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin X sosial şəbəkəsində paylaşdığı məlumatda bildirilib.

Qeyd olunub ki, tədbir Nyu-York şəhərində keçirilib və mərasimdə Azərbaycan-Amerika icmasının nümayəndələri, eləcə də şəhər sakinləri iştirak ediblər.

“Bu tarixi günü Azərbaycan-Amerika icmasının üzvləri və digər Nyu-York sakinləri ilə birlikdə qeyd etməkdən məmnun olduq”, – paylaşımda vurğulanıb.

Paylaşılan fotolarda Azərbaycanın dövlət bayrağının Nyu-York küçələrində qaldırıldığı və tədbir iştirakçılarının bayraqlarla mərasimə qatıldığı əks olunub.

AzPost.az

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.