Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Turizm

Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb

User 29 May 2026 - 17:07
cin turizm

Çinin paytaxtı Pekində Azərbaycan Turizm Bürosunun nümayəndəliyi açılıb.

AZƏRTAC xəbər verir ki, Pekinin işgüzar zonasında yerləşən nümayəndəliyi Azərbaycanın turizm potensialını tanıtmaq və son nəticədə Azərbaycana daha çox çinli turist cəlb etməklə məşğul olacaq. Ofisdə Azərbaycanın turizm potensialı, mədəni zənginliyi, mətbəxi, milli geyimləri əyani vəsaitlər, o cümlədən rəqəmsal texnologiyalar əsasında təqdim olunur.

Qeyd edək ki, Dövlət Turizm Agentliyi və onun tabeliyindəki Azərbaycan Turizm Bürosu dünyanın ən böyük turist bazarlarından olan Çindən Azərbaycana daha çox turist cəlb olunması üçün kompleks tədbirlər həyata keçirir. 2019-cu ildə Çinin Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Dövlət Turizm Agentliyi arasında çinli turistlərin Azərbaycana qrup səfərlərinin sadələşdirilməsi haqqında Anlaşma Memorandumu imzalanıb. Ötən müddətdə Azərbaycan Turizm Bürosu, “Azərbaycan Hava Yolları” QSC və Çinin tanınmış onlayn səyahət platformaları olan “Trip.com”, “Qunar”, “Qyer.com”, habelə “China Tourism Group” Holdinqi arasında Azərbaycan turizm məhsullarının təşviqi, yeni turizm məhsullarının inkişaf etdirilməsi, onlayn reklam, sosial media vasitəsilə məzmun marketinqi, onlayn və oflayn tədbirlərin təşkili üzrə fəaliyyətin həyata keçirilməsini nəzərdə tutan memorandumlar imzalanıb. Bundan başqa, Çin turizm sənayesinin Azərbaycan haqqında məlumatlılığını genişləndirmək və ölkənin Çin bazarında iştirakını gücləndirmək məqsədilə Azərbaycan Turizm Bürosu mütəmadi olaraq Çinin iri şəhərlərində təqdimatlar keçirir, iki ölkənin turizm şirkətləri arasında B2B (biznesdən-biznesə) formatlı görüşlər təşkil edir. Bakı ilə Pekin (AZAL) və Urumçi şəhərləri (“Çin Cənub Hava Yolları”) arasında birbaşa uçuşlar iki ölkə arasında turizm əlaqələrinin genişlənməsinə təsir edən amillərdəndir. Ən əsası isə 2024-cü ildən Çin vətəndaşları üçün viza rejiminin ləğv edilməsi Çindən daha çox turist cəlb etməyə imkan yaradır. Görülən işlər öz səmərəsini verməkdədir. Son illər ölkəmizə səfər edən turistlərin sayı ildən-ilə artır. Cari ilin yanvar-aprel aylarında Çindən Azərbaycana səfər edənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,5 faiz artaraq 14 303 nəfər təşkil edib.

 

AzPost.az

Post navigation

Previous: “Holcim Azərbaycan şirkətinin fəaliyyəti araşdırılsın” –
Next: “ABŞ-ın blokadası çox uzun sürərsə, İran hücum edə bilər” –

Oxşar xəbərlər

mediatur isma
  • Turizm

İsmayıllıdakı “Basqal” və “Lahıc” qoruqlarına meditur təşkil edilib

User 09 Oktyabr 2026 - 11:00
turizm
  • Turizm

Səyahətdə pula qənaət etməyin yolları

User 07 Oktyabr 2026 - 18:00
icariseher qoruq
  • Turizm

İçərişəhərdə restoranlarla niyə 6 aylıq icarə müqaviləsi bağlanır?

User 25 Sentyabr 2026 - 20:42

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.