ABŞ səmasında meteorit partlayıb

Amerika Birləşmiş Ştatlarının (ABŞ) səmasında meteorit partlayışı baş verib.

Bu barədə ABŞ-nin Milli Aeronavtika və Kosmik Administrasiyası (NASA) məlumat yayıb.

Bildirilib ki, alov topu saatda təxminən 120,700 kilometr sürətlə hərəkət edib və Massaçusetsi ştatının şimal-şərqi ilə Nyu-Hempşirin cənub-şərqi üzərində 64,3 kilometr yüksəklikdə parçalanıb. Bu zaman yayılan enerjinin təxminən 300 ton trotil gücünə bərabər olduğu təxmin edilir.

NASA-nın məlumatına görə, Yer atmosferinə daxil olan obyekt təbii mənşəlidir.

AzPost.az

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.