Gec yatmağın təhlükələri açıqlandı –Həkimlərdən vacib məsləhətlər

Yuxusuzluq
Yuxusuzluq

Yuxu rejiminin pozulması son illərdə ən geniş yayılmış sağlamlıq problemlərindən birinə çevrilib.

Azpost.info xəbər verir ki, nevroloqlar gec yatmağın və yuxusuzluğun ürək-damar xəstəlikləri, piylənmə və depressiya riskini artıra biləcəyini bildirirlər.

Mütəxəssislərin sözlərinə görə, gecə saatlarında kifayət qədər yatmayan insanların immun sistemi də zəifləyə bilər.

Həkimlər qeyd edirlər ki, yuxudan əvvəl telefondan və digər elektron cihazlardan istifadə etmək beynin dincəlməsinə mane olur və yuxuya getmə müddətini uzadır.

Həkim məsləhəti: Hər gün eyni saatda yatmağa çalışın, yatmazdan ən azı bir saat əvvəl ekranlardan uzaq durun və yataq otağında sakit mühit yaradın.

AzPost.az

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.