Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Veloreabilitasiya” layihəsinə start verilib

User 05 İyun 2026 - 23:01 (Last updated: 05 İyun 2026 - 23:01)
qht velo

“Azərbaycan Əlil Velosipedçilərə Dəstək” İctimai Birliyi tərəfindən həyata keçirilən “Veloreabilitasiya” layihəsinə start verilib. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunur.

Layihənin əsas məqsədi inklüziv mühit yaratmaqla insanların fiziki aktivliyini artırmaq, onların sosial və ictimai həyata inteqrasiyasını gücləndirməkdir. Bu istiqamətdə layihə çərçivəsində müxtəlif təlimlər, maarifləndirici sessiyalar və praktiki fəaliyyətlər təşkil olunacaq. Layihə çərçivəsində ümumilikdə 4 təlim günü keçiriləcək və hər təlim günündə fərqli iştirakçı qrupları iştirak edəcək. Nəticədə layihədən ümumilikdə 40 nəfərin faydalanması nəzərdə tutulur. Təlim proqramının yekununda isə bütün iştirakçıların bir araya gələcəyi veloyarış təşkil ediləcək.

Layihənin ilk təlim günü iştirakçıların bir-biri və layihə komandası ilə yaxından tanış olması, komanda ruhunun gücləndirilməsi məqsədilə təşkil olunub. Təlim proqramı çərçivəsində iştirakçılar müxtəlif tanışlıq və komanda quruculuğu oyunlarında iştirak edərək ünsiyyət, aktiv dinləmə, əməkdaşlıq, qarşılıqlı dəstək bacarıqlarının inkişafına yönəlmiş praktiki fəaliyyətlərə cəlb olunublar. Gün ərzində iştirakçılar qeyri-formal ünsiyyət imkanları yaradan kofe fasiləsində də bir araya gələrək fikir mübadiləsi aparıblar.

Təlim proqramının davamında layihə rəhbəri Amid Həsənquliyevin təqdimatı əsasında iştirakçılar Velosiped Muzeyini ziyarət edib, ölkəmizdə velosiped idmanının inkişaf tarixi və müxtəlif velosiped növləri haqqında məlumat əldə ediblər. Daha sonra onlar əlil velosipedləri ilə yaxından tanış olaraq bu vasitələrin xüsusiyyətləri və istifadəsi barədə məlumatlandırılıblar. Günün sonunda isə iştirakçılar velotrekdə praktiki sürüş fəaliyyəti həyata keçirərək ilk təcrübələrini qazanıblar.

Həmçinin, layihənin ilk təlim günü iştirakçılara layihə çərçivəsində hazırlanmış hədiyyə dəstləri – köynək, fincan və dəftərlər təqdim olunub. Qeyd edək ki, layihə müddətində hər bir təlim günündə iştirakçılar hədiyyələrlə təmin ediləcək, keçiriləcək yarışlarda fərqlənən iştirakçılara isə xüsusi mükafatlar təqdim olunacaq.

“Veloreabilitasiya” layihəsinin növbəti mərhələlərində də iştirakçıların inkişafına və fəal həyat tərzinin təşviqinə xidmət edən fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur.

Fotolar

AzPost.az

Post navigation

Previous: Rusiya yenidən müharibəni seçdi –
Next: “Neftçi” klubunun keçmiş prezidenti Sadıq Sadıqov vəfat edib

Oxşar xəbərlər

sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
ilham aqdam01
  • Sosial

İlham Əliyev Ağdam Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

User 07 Noyabr 2026 - 13:11
ramiz
  • Sosial

AMEA-dan İsa Həbibbəylinin Ramiz Mehdiyevlə bağlı iddialara adının salınmasına cavab

User 07 Noyabr 2026 - 10:47

xƏBƏR

erdoqan
  • Baş Yazı

Ərdoğan sabah Qarabağa gəlir

User 07 Noyabr 2026 - 23:02
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri...
Read more about Ərdoğan sabah Qarabağa gəlir
Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO ilham ali herbi
  • Siyasət

Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO

User 07 Noyabr 2026 - 20:35
Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30
BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj pehlevi iran sah
  • Dünya

Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj

User 07 Noyabr 2026 - 19:45
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.