Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Sığınacaqla bağlı Avropa İttifaqına müraciətlərin sayı kəskin azalıb

User 06 İyun 2026 - 16:40 (Last updated: 06 İyun 2026 - 16:30)
miqrant

Avropa İttifaqının (Aİ) miqrasiya məsələləri üzrə komissarı Maqnus Brunner Almaniya və bəzi digər üzv dövlətləri daxili sərhəd nəzarətini mərhələli şəkildə azaltmağa çağırıb.

AZƏRTAC xəbər verir ki, komissar Almaniyanın Funke Media Qrupuna açıqlamasında Aİ Komissiyasının mövqeyinə görə, sərhəd nəzarətinin tədricən aradan qaldırılmasının həm mümkün, həm də məqsədəuyğun olduğunu vurğulayıb. Komissar bu yanaşmanın Almaniyaya da aid olduğunu bildirib.

Aİ-də sığınacaq müraciətlərinin sayının son dövrlərdə kəskin azaldığını qeyd edən M.Brunner bildirib ki, xarici sərhədlərin mühafizəsinin gücləndirilməsi və Aİ üzrə vahid giriş-çıxış sisteminin tətbiqi kimi tədbirlər artıq nəticə verməyə başlayıb.

Komissar bu açıqlamanı Avropanın yeni miqrasiya və sığınacaq islahatlarının qüvvəyə minməsinə bir həftə qalmış verib. O, həmçinin Aİ-nin xarici sərhədlərində yaradılması planlaşdırılan sığınacaq mərkəzlərində minimum humanitar standartların təmin ediləcəyini bildirib. M.Brunner vurğulayıb ki, həmin mərkəzlərdə səhiyyə xidmətlərinə və təhsilə çıxış təmin olunmalı, müraciət edənlər üçün ədalətli yaşayış şəraiti yaradılmalıdır.

Qeyd edək ki, bir sıra Aİ ölkələri hazırda Şengen məkanında müvəqqəti sərhəd nəzarəti tətbiq edir. Almaniya Avstriya ilə sərhəddə 2015-ci ildən, Polşa, Çexiya və İsveçrə ilə sərhədlərdə 2023-cü ilin oktyabrından, Fransa, Lüksemburq, Belçika, Danimarka və Niderland ilə sərhədlərdə isə 2024-cü ilin sentyabrından yoxlamalar həyata keçirir. Ötən ilin mayında sərhəd nəzarəti daha da sərtləşdirilib.

AzPost.az

Post navigation

Previous: “Vərəmsiz Azərbaycan Kampaniyası” adlı layihə tədbiri keçirilib
Next: Ölkədə ən çox pul xərclənən sahələr açıqlandı

Oxşar xəbərlər

pehlevi iran sah
  • Dünya

Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj

User 07 Noyabr 2026 - 19:45
Tramp
  • Dünya

İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir

User 07 Noyabr 2026 - 19:41
Hakan Fidan
  • Dünya

Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama

User 07 Noyabr 2026 - 16:50

xƏBƏR

erdoqan
  • Baş Yazı

Ərdoğan sabah Qarabağa gəlir

User 07 Noyabr 2026 - 23:02
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri...
Read more about Ərdoğan sabah Qarabağa gəlir
Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO ilham ali herbi
  • Siyasət

Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO

User 07 Noyabr 2026 - 20:35
Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30
BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj pehlevi iran sah
  • Dünya

Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj

User 07 Noyabr 2026 - 19:45
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.