Vərəmsiz Gələcəyə Doğru İctimai Birliyi AR Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Vərəmsiz Azərbaycan Kampaniyası” adlı layihə tədbirini Abşeron Regional Xəstəxanasında keçirib.
05 iyun 2026-cı il tarixində Vərəmsiz Gələcəyə Doğru İctimai Birliyi tərəfindən Abşeron Regional Xəstəxanasında “Vərəmsiz Azərbaycan Kampaniyası” adlı layihə çərçivəsində növbəti maarifləndirici tədbir təşkil olunub.
Tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihənin tərkib hissəsi kimi baş tutub.
Görüşün əsas məqsədi vərəm xəstəliyi barədə məlumatlılığın artırılması və erkən diaqnostikanın əhəmiyyətinin iştirakçılara çatdırılması olmub.
Tədbirdə səhiyyə işçiləri, pasiyentlər və müxtəlif yaş qruplarından olan vətəndaşlar iştirak ediblər. İştirakçılara vərəmin yaranma səbəbləri haqqında ətraflı məlumat verilmişdir. Xəstəliyin əsas əlamətləri sadə və anlaşıqlı formada izah olunub.
Vərəmin hava-damcı yolu ilə yayıldığı xüsusi vurğulanıb. Erkən müraciətin müalicənin uğuruna birbaşa təsir etdiyi diqqətə çatdırılmışdır. Müasir diaqnostika üsullarının əlçatanlığı barədə məlumat təqdim edilib.
Müalicənin dövlət tərəfindən təmin edilməsi iştirakçıların diqqətinə çatdırılmışdır.
Təlim zamanı vərəm ətrafında formalaşan yanlış təsəvvürlər müzakirə olunub. Stiqmanın xəstələrin vaxtında müalicəyə müraciət etməsinə mane olduğu qeyd edilib.
İştirakçılarla açıq fikir mübadiləsi aparılıb. Onların sualları ətraflı şəkildə cavablandırılıb. Xəstəliklə bağlı narahatlıq doğuran məqamlar müzakirə edilib. Sağlam həyat tərzinin qoruyucu rolundan bəhs olunub. İmmunitetin gücləndirilməsinin əhəmiyyəti izah edilib. Sosial dəstəyin müalicə prosesindəki rolu xüsusi vurğulanıb.
Pasiyent hüquqlarının qorunmasının vacibliyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Vərəmin tam sağalan xəstəlik olduğu bir daha qeyd edilib.
Layihə çərçivəsində hazırlanmış məlumatlandırıcı materiallar iştirakçılara paylanın. Maarifləndirmə vasitələrinin geniş auditoriyaya çatdırılmasının əhəmiyyəti vurğulanıb. Tədbir zamanı qarşılıqlı əməkdaşlıq imkanları da müzakirə edilib. Səhiyyə müəssisələri ilə vətəndaş cəmiyyəti təşkilatlarının birgə fəaliyyətinin nəticələri barədə fikir mübadiləsi aparılıb. İştirakçılar kampaniyanın məqsədlərini müsbət qiymətləndirilib. Görüş vərəm barədə biliklərin artırılmasına mühüm töhfə verib. Təlim iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Layihənin növbəti mərhələlərində də oxşar tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Vərəmsiz Gələcəyə Doğru İctimai Birliyi ölkədə vərəmlə mübarizə istiqamətində fəaliyyətini davam etdirəcəkdir. “Vərəmsiz Azərbaycan Kampaniyası” layihəsi sağlam və məlumatlı cəmiyyətin formalaşmasına xidmət edən mühüm təşəbbüslərdən biri kimi öz əhəmiyyətini göstərməkdədir.









