Türkiyə XİN Ermənistandakı seçkilərlə bağlı açıqlama yaydı

Türkiyə Xarici İşlər Nazirliyi Ermənistanda keçirilmiş parlament seçkiləri ilə bağlı açıqlama yayıb.

Azpost.info bildirir ki, açıqlamada seçkilərin nəticələrinin faydalı olacağına ümid ifadə edilib

“7 iyun 2026-cı ildə Ermənistanda keçirilən parlament seçkilərinin sülh və əmin-amanlıq atmosferində uğurla başa çatmasından məmnunuq. Seçki nəticələrinin Ermənistan xalqına fayda verməsini arzulayırıq. Ümid edirik ki, seçkidən sonrakı dövr Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanmasına imkan verəcək şərait yaradacaq.

Bu məqsədlə Türkiyə region ölkələrinin ortaq maraqlarına əsaslanaraq regional sabitliyə və rifaha töhfə verməyə davam edəcək”.

AzPost.az

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.