Smartfonların geniş yayılması ilə dünyada çəkilən fotoşəkillərin sayı son illərdə kəskin artıb.
Azpost.info bildirir ki, mütəxəssislərin hesablamalarına görə, hazırda dünyada hər il 1,8 trilyondan çox foto çəkilir. Bu isə gündə təxminən 5 milyard foto deməkdir.
Araşdırmalar göstərir ki, çəkilən şəkillərin böyük hissəsi sosial şəbəkələrdə paylaşılmır və şəxsi arxivlərdə qalır. Ekspertlər bildirirlər ki, insanların foto çəkmə davranışı son 20 ildə tamamilə dəyişib.
Əgər 2000-ci illərin əvvəllərində insanlar əsasən xüsusi günləri lentə alırdısa, indi gündəlik həyatın adi anları da fotoşəkillərlə sənədləşdirilir.
Maraqlıdır ki, bir insanın smartfonunda orta hesabla 2500-dən çox foto saxlanılır.
Mütəxəssislər hesab edirlər ki, yaxın illərdə süni intellekt texnologiyaları insanların foto arxivlərini avtomatik çeşidləyərək lazımsız şəkilləri müəyyən edə biləcək.
Sunay Aydın