ABŞ İran ərazilərinə zərbələr endirib –Şəhərlərdə partlayışlar olub

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın ABŞ Ordusuna məxsus “Apache” helikopterini vurmasına cavab olaraq İrana qarşı özünümüdafiə xarakterli zərbələrə başladığını açıqlayıb.

Bu barədə CENTCOM-un “X” sosial şəbəkəsindəki rəsmi hesabında paylaşım edilib.

 

“ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) qüvvələri bu gün Şərq vaxtı ilə saat 17:00-da Ali Baş Komandanın göstərişi ilə İrana qarşı özünümüdafiə məqsədli zərbələr endirməyə başlayıb. Bu əməliyyat dünən ABŞ Ordusuna məxsus ‘Apache’ helikopterinin vurulmasına cavab olaraq həyata keçirilir”, – paylaşımda qeyd olunub.

Açıqlamada bildirilir ki, əməliyyat İranın “əsassız təcavüzünə” qarşı proporsional cavab xarakteri daşıyır.

 

İranın Kohestək, Sirik və Minab şəhərlərində partlayışlar qeydə alınıb

Bu barədə “Fars” agentliyi məlumat yayıb.

Bundan əlavə, ABŞ hərbi aviasiyasının fəallığı Hörmüzqan əyalətinin şərq rayonlarında da müşahidə olunub.

 

 

Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın ABŞ Ordusuna məxsus “Apache” helikopterini vurmasına cavab olaraq İrana qarşı özünümüdafiə xarakterli zərbələrə başladığını açıqlayıb.

 

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazı yaxınlığında ABŞ Ordusuna məxsus “Apache” helikopterinə edilən hücuma cavab olaraq İrana qarşı güclü tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.

Tramp bu barədə ABC News telekanalının jurnalisti Conatan Karla müsahibəsində danışıb.

 

“Mən hesab edirəm ki, cavab vermək çox vacibdir. Onlar helikopterimizi vurublar və biz hazırda cavab veririk”, – deyə ABŞ prezidenti bildirib.

Onun sözlərinə görə, həyata keçirilən əməliyyat ötən gecə ABŞ hərbi helikopterinə qarşı hücuma cavab xarakteri daşıyır.

AzPost.az

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.