ABŞ səfirliyi Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda əməkdaşlarının İsrail daxilində hərəkətinə məhdudiyyətlər tətbiq edib.
Bu barədə diplomatik missiyanın bəyanatında deyilir.
Sənəddə bildirilir ki, Birləşmiş Ştatların diplomatik missiyasının əməkdaşlarına İsrailin Livan, Misir və Qəzza sektoru ilə sərhədlərinə yaxın ərazilərə səfər etmək qadağandır.
Bir müddət öncə ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazı üzərində ABŞ-yə məxsus “Apache” helikopterinin vurulmasından sonra İrana zərbələr endirib. Buna cavab olaraq İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Yaxın Şərqdəki ABŞ bazalarına hücum edib. Həmçinin İran XİN Vaşinqtonu Yaxın Şərqdən qoşunlarını çıxmağa çağırıb.