Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Bir vaxtlar lağa qoyulurdu-

User 10 İyun 2026 - 20:22 (Last updated: 10 İyun 2026 - 20:22)
kemer

Bu gün həyatımızı xilas edən ən sadə və vacib elementlərdən biri olan təhlükəsizlik kəməri əslində tarixin ən çox lağa qoyulan ixtiralarından biridir.

Azpost.info bildirir ki, 1950-ci illərin sonunda “Volvo”nun mühəndisi Nils Bohlin müasir üçnöqtəli kəməri təqdim edəndə dünya mətbuatı bunu istehza ilə qarşılamışdı. Amma kəmərin tarixi daha qədimə – 1800-cü illərə gedib çıxır.

İngilis mühəndis Corc Keyli hələ 1840-cı illərdə planerlər və sürətli at arabaları üçün sərnişini oturacaqda saxlayan dərindən kəmər prototipi hazırlamışdı. Lakin o dövrün insanları üçün azadlığın məhdudlaşdırılması kimi qəbul edilirdi. Kişilər bunu özlərinə təhqir hesab edirdilər; hesab olunurdu ki, əsl cəsur sürücü qəza anında avtomobildən tullanmağı bacarmalıdır. Oturacağa bağlanmaq “qorxaqlıq” simvolu idi.

Nils Bohlinin inqilabı 

1959-cu ilə qədər avtomobillərdə kəmərlər yalnız bel nahiyəsindən bağlanırdı və qəza zamanı daxili orqanlara ciddi zərər verirdi. Nils Bohlin həm çiyini, həm də beli tutan sistemi kəşf etdi. “Volvo” rəhbərliyi isə tarixin ən böyük humanitar addımlarından birini atdı: Onlar bu ixtiranın patentini bütün dünya avtomobil istehsalçıları üçün pulsuz etdilər. Məqsəd rəqabət yox, insan həyatını xilas etmək idi. Buna baxmayaraq, sürücülərin bu kəmərə alışması daha 20 il çəkdi.

Tədqiqatlar göstərir ki, təhlükəsizlik kəməri qəza zamanı ölüm riskini 45%, ağır yaralanma riskini isə 50% azaldır. Lakin maraqlıdır ki, hələ də dünyanın bir çox yerində, o cümlədən bizdə də bəzi sürücülər kəməri bağlamamaq üçün müxtəlif “tıxaclardan” istifadə edirlər. Tarix təkrar olunur: 100 il əvvəlki “bağlanmaq azadlığın məhdudlaşdırılmasıdır” düşüncəsi hələ də şüurlardan tam silinməyib.

Sunay Aydın

AzPost.az

Post navigation

Previous: Həkimlər xəbərdarlıq edir –
Next: Həftəsonu çox yatmaq yuxusuzluğun zərərini aradan qaldırmır

Oxşar xəbərlər

iet korpu
  • Sosial

İƏT ölkələrinin antikorrupsiya qurumlarının rəhbərlərinin görüşü keçirilir

User 28 Oktyabr 2026 - 11:26
bulvar velosiped yolu
  • Sosial

Bakıda velosiped zolaqlarının uzunluğu 67,8 km-ə çatdırılıb

User 28 Oktyabr 2026 - 10:48
aile mubahise
  • Sosial

Biri pul yığır, digəri xərcləyir – Ailədə pul mübahisələrinin əsl səbəbi nədir?

User 28 Oktyabr 2026 - 10:43

xƏBƏR

iet korpu
  • Sosial

İƏT ölkələrinin antikorrupsiya qurumlarının rəhbərlərinin görüşü keçirilir

User 28 Oktyabr 2026 - 11:26
Bakı şəhərində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli...
Read more about İƏT ölkələrinin antikorrupsiya qurumlarının rəhbərlərinin görüşü keçirilir
28 oktyabr üçün ulduz falı – Bürcləri işdə, pulda və sevgidə nə gözləyir? burcler
  • Maraqlı

28 oktyabr üçün ulduz falı – Bürcləri işdə, pulda və sevgidə nə gözləyir?

User 28 Oktyabr 2026 - 11:10
Bir gündə axtarışda olan 120 şəxs saxlanıldı – 15 qumbara və 5 tüfəng götürüldü polis
  • Kriminal

Bir gündə axtarışda olan 120 şəxs saxlanıldı – 15 qumbara və 5 tüfəng götürüldü

User 28 Oktyabr 2026 - 11:00
Beyin sağlamlığı üçün həftədə neçə dəfə balıq yemək lazımdır? baliq
  • Maraqlı

Beyin sağlamlığı üçün həftədə neçə dəfə balıq yemək lazımdır?

User 28 Oktyabr 2026 - 10:50
Bakıda velosiped zolaqlarının uzunluğu 67,8 km-ə çatdırılıb bulvar velosiped yolu
  • Sosial

Bakıda velosiped zolaqlarının uzunluğu 67,8 km-ə çatdırılıb

User 28 Oktyabr 2026 - 10:48
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.