Bakı Şəhər İcra Hakimiyyətinin strukturu təkmilləşdirilir.
Bu, Prezident İlham Əliyevin “Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” fərmanında əksini tapıb.
Nazirlər Kabineti üç ay müddətində aşağıdakı büdcə təşkilatlarının yaradılmasını təmin etməlidir:
– Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinin əsasında Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Mənzil-Kooperativ Təsərrüfatı İdarəsi;
– Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan Bakı Şəhər Ticarət və Xidmət Departamentinin əsasında Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Şəhər Ticarət və Xidmət Departamenti;
– Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan Heydər Məscidi İdarəsinin əsasında Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Heydər Məscidi İdarəsi;
Eyni zamanda Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Şəhər Heyvanat Parkının “Bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 599 nömrəli Fərmanının 4.3-cü bəndinə əsasən yaradılması nəzərdə tutulan Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Sahibsiz Heyvanlara Qayğıb Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə birləşmə yolu ilə yenidən təşkilini təmin etməli, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Diplomatik korpusa və xarici nümayəndəliklərə xidmət göstərən müdiriyyət “İnterservis”in Bakı Şəhər İcra Hakimiyyətinin fəaliyyət istiqamətləri nəzərə alınmaqla yenidən təşkilini təmin etməli, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Bakımənzilkommunlayihə” Layihə İnstitutunun ləğv edilməsi ilə bağlı zəruri tədbirlər görməli, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan “Yaşıl Teatr” Bakı Konsert Kompleksinin və Bakı Şəhər Bələdiyyə Teatrının bütün əmlakı ilə birlikdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyinə verilməsini təmin etməlidir.
NK yuxarıda nəzərdə tutulan qurumların balansında olan əmlakın həmin qurumların əsasında yaradılan yeni qurumların balansına verilməsi, habelə həmin qurumların maddi-texniki təminatı, əsasnamələrinin (nizamnamələrinin) təsdiqi, işçilərinin əməkhaqlarının (vəzifə maaşları, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər) məbləğlərinin və əməyin ödənilməsi sisteminin, eləcə də Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla işçilərinin say həddinin müəyyən edilməsi ilə bağlı tədbirlər görməli və bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.