“Azərbaycan iqtisadiyyatının 71,5 faizi qeyri-neft sektorunun payına düşür” –Mikayıl Cabbarov

“Ümumi daxili məhsulun strukturuna nəzər salsaq, görərik ki, ölkəmizin iqtisadiyyatının 71 faizindən çoxu, yəni 71,5 faizi qeyri-neft sektorudur. Deməli, neft-qaz sektoruna düşən pay 30 faizdən azdır”.

Bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov AZƏRTAC-a və İTV-yə məxsusi müsahibəsində söyləyib.

Nazir qeyd edib ki, son 20 ildə həyata keçirilən siyasət iqtisadiyyatın strukturunun müsbətə doğru dəyişməsinə imkan verib.

“20 il əvvəlki dövrə nəzər salsaq, bu rəqəm 45 faizə çatmırdı, 43,5-43,6 faiz civarında idi. Bu, keçdiyimiz yolu göstərir. Onu göstərir ki, həyata keçirilən siyasət uğurludur. Baxmayaraq ki, qeyd etdiyim bu 20 illikdə, – yəqin xatırlayırsınız, – ölkədə kifayət qədər böyük və bizim müasir iqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb. Bütün bunlara baxmayaraq, ölkə iqtisadiyyatının strukturunun dəyişdirilməsi müəyyən mənada baş verib”, – deyə o bildirib.

AzPost.az

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.