Pentaqondakı təxliyə yalançı həyəcan siqnalı ilə bağlı olub –CNN

ABŞ Müharibə Nazirliyinin (Pentaqon) binasında daha əvvəl elan edilmiş həyəcan siqnalının yalan olduğu müəyyən edilib.

Bu barədə CNN telekanalı məlumat yayıb.

Telekanalın mənbələrinin sözlərinə görə, Pentaqonun bəzi bölmələrinin bağlanması və binada qismən təxliyənin həyata keçirilməsi yalan həyəcan siqnalı ilə əlaqədar olub.

Yayılan məlumata görə, Pentaqonda bəzi mərtəbələr və dəhlizlər bağlanıb. CNN-in xəbərinə görə, buna təhlükəli maddələrlə bağlı insidentin baş verməsi səbəb olub. Pentaqon sözçüsü Şan Parnel bildirib ki, əlaqədar sistemlər “əhəmiyyətini müəyyən edənə qədər ehtiyat tədbirləri tələb edən hava keyfiyyəti problemi aşkar edib”.

AzPost.az

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.