Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Dağlıq Şirvanda 53 523 ha suvarılan sahə mövcuddur –

User 12 İyun 2026 - 11:24 (Last updated: 12 İyun 2026 - 11:24)
adsea sirvan

“Dağlıq Şirvan iqtisadi rayonu ölkəmizin aqrar inkişafında mühüm potensiala malik olan, üzümçülük, taxılçılıq, heyvandarlıq, çoxillik əkinlər və həyətyanı təsərrüfatlar üzrə istehsal imkanları ilə seçilən regionlardan biridir. Bu potensialın tam reallaşdırılması isə ilk növbədə etibarlı və dayanıqlı su təminatından asılıdır. Hazırda Agentliyin xidmət göstərdiyi ərazilərdə Dağlıq Şirvan iqtisadi rayonu üzrə 53 523 hektar suvarılan sahə mövcuddur”.

APA xəbər verir ki, bunu “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində İsmayıllıda Dağlıq Şirvan iqtisadi rayonu üzrə regional müşavirədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini İlham Bayramov deyib. .

 

Qeyd olunub ki, cari il ərzində həmin sahələrin suvarılması üçün ümumilikdə 146 587 milyon kubmetr həcmində suvarma suyunun təmin edilməsi planlaşdırılmışdır:

“Bunun 91 035 milyon kubmetri, yəni 62 faizi dənli və yem bitkilərinin, 55 552 milyon kubmetri, yəni 38 faizi isə əsasən bostançılıq, tərəvəzçilik, çoxillik əkinlər və həyətyanı sahələrin su təminatı üçün nəzərdə tutulmuşdur. Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonları üzrə ümumilikdə 1 414,3 kilometr suvarma infrastrukturu mövcuddur ki, bunun 1 273,3 kilometri açıq, 141 kilometri isə qapalı və borulu suvarma şəbəkəsidir. Açıq şəbəkə daxilində 134,4 kilometr beton örtüklü kanal, 9,6 kilometr nov kanal və 1 129 kilometr torpaq kanal mövcuddur. Suvarma xidmətlərinin yerində təşkili baxımından qeyd edilən rayonlar üzrə 7 Su İstifadəçiləri Birliyi fəaliyyət göstərir, bu birliklər 53 523 hektar xidməti ərazini əhatə edir və 104 kənd üzrə 13 749 su istifadəçisinə xidmət göstər. Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonları üzrə suvarma infrastrukturu barədə məlumatların Coğrafi İnformasiya Sistemlərinə və elektron idarəetmə platformalarına inteqrasiyası hər bir rayon üzrə real su balansının müəyyənləşdirilməsinə, suvarma planlamasının optimallaşdırılmasına və meliorativ vəziyyətin operativ idarə olunmasına imkan verir. Məhz bu göstəricilər bir daha sübut edir ki, kənd təsərrüfatının inkişafında müasir və dayanıqlı suvarma sistemləri əsas amillərdən biridir”.

AzPost.az

Post navigation

Previous: Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
Next: Aqrar sahədə Dövlət Proqramı ilə bağlı İsmayıllıda regional müşavirə keçirilib

Oxşar xəbərlər

qaz tebii
  • İqtisadiyyat

Türkiyə Rusiyadan qaz alışını azaldır – Bayraktar səbəbi açıqladı

User 06 Noyabr 2026 - 19:32
dollar
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 06 Noyabr 2026 - 10:36
bank
  • İqtisadiyyat

Bank bağlanarsa, pulunuzu geri ala biləcəksinizmi? – Əmanətçilərə vacib xəbərdarlıq

User 05 Noyabr 2026 - 22:04

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.