Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Aqrar sahədə Dövlət Proqramı ilə bağlı İsmayıllıda regional müşavirə keçirilib

User 12 İyun 2026 - 12:11 (Last updated: 12 İyun 2026 - 12:11)
aqrar

İyunun 12-də Dağlıq Şirvan iqtisadi rayonunda Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı aidiyyatı dövlət qurumlarının nümayəndələri və fermerlərin iştirakı ilə regional müşavirə keçirilib.

Prezidentin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov Azərbaycan Respublikası Prezidentinin kənd təsərrüfatı sahəsinə göstərdiyi diqqət və bu müstəvidə 25 may tarixində keçirilmiş müşavirənin mahiyyəti, bu istiqamətdə verilmiş tapşırıqlar, son illərdə ölkədə aqrar sahənin inkişafı istiqamətində həyata keçirilən genişmiqyaslı islahatlar, dövlət dəstəyi mexanizmləri, suvarma infrastrukturunun və aqroparkların inkişafı, habelə ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində əldə edilmiş nəticələr barədə məlumat verib.

 

O, Dövlət Proqramının aqrar sektorun yeni inkişaf mərhələsini müəyyən etdiyini, proqramın əsas məqsədinin məhsuldarlığın artırılması, intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidin sürətləndirilməsi, emal və ixrac imkanlarının genişləndirilməsi, eləcə də balıqçılıq və akvakultura sahələrinin inkişafının təmin edilməsi olduğunu vurğulayıb.

Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Dövlət Proqramının aqrar sahədə intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidi sürətləndirəcəyini, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, idxaldan asılılığın azaldılmasına və kənd təsərrüfatının dayanıqlı inkişafına mühüm töhfə verəcəyini qeyd edib.

O, 150 min ton əlavə taxıl silosu və 100 min ton əlavə soyuducu anbar tutumunun yaradılmasının, bu məqsədlə avadanlıqların dəyərinin 40 faizinin güzəşt hesabına, 40-50 faizinin isə kredit faiz subsidiyası mexanizmi vasitəsilə dəstəklənəcəyini diqqətə çatdırıb.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müavini İlham Bayramov çıxışında Dağlıq Şirvan iqtisadi rayonunun aqrar inkişaf potensialının reallaşdırılmasında dayanıqlı su təminatının həlledici rol oynadığını vurğulayıb. O, regionda 53,5 min hektardan çox suvarılan sahənin mövcud olduğunu, suvarma infrastrukturunun modernləşdirilməsi, su itkilərinin azaldılması və müasir suvarma texnologiyalarının tətbiqi istiqamətində mühüm işlərin görüldüyünü bildirib. İlham Bayramov qeyd edib ki, həyata keçirilən strateji layihələr, xüsusilə Şirvan suvarma kanalının tikintisi, regionda kənd təsərrüfatı istehsalının genişlənməsinə, su təminatının yaxşılaşdırılmasına və Dövlət Proqramında nəzərdə tutulan hədəflərə nail olunmasına əhəmiyyətli töhfə verəcəkdir. O qeyd edib ki, layihə çərçivəsində respublikanın 9 rayonu üzrə 112 min hektar mövcud suvarma sahəsinin su təminatının yaxşılaşdırılması və 116 min hektar yeni torpaq sahəsinin əkin dövriyyəsinə cəlb edilməsi nəzərdə tutulur. Bununla yanaşı, cari ildə Ağsu, İsmayıllı və Şamaxı rayonlarında 3,9 kilometr kanalın beton üzlüyə alınması və 3 subartezian quyusunun təmiri planlaşdırılır. İlham Bayramov vurğulayıb ki, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin əsas istiqamətlərindən biri müasir və innovativ suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsi, rəqəmsal monitorinq və idarəetmə sistemlərinin qurulması, su uçotunun təkmilləşdirilməsi və su istifadəçiləri ilə əməkdaşlıq mexanizmlərinin gücləndirilməsidir.

Daha sonra çıxış edən “Ağsu Aqropark” QSC-nin baş direktoru Atabala İsayev və “Şirvan Aqro” MMC-nin direktor müavini Kamran Süleymanov rəhbərlik etdikləri təsərrüfatların fəaliyyəti və inkişaf perspektivləri barədə məlumat vermişlər. Onlar Azərbaycan Respublikası Prezidentinin və dövlətin kənd təsərrüfatı sahəsində göstərdiyi diqqət və dövlət dəstəyinə görə təşəkkürlərini bildirərək proqramda nəzərdə tutulan dövlət dəstəklərinin təsərrüfatların genişləndirilməsi üçün əlavə imkanlar yaradacağını qeyd ediblər. Çıxış edənlər region fermerləri adından Dövlət Proqramında müəyyən edilmiş hədəflərin həyata keçirilməsinə fəal dəstək göstərəcəklərini və qarşıya qoyulan vəzifələrin icrasında üzərlərinə düşən məsuliyyəti layiqincə yerinə yetirmək üçün səylərini daha da artıracaqlarını vurğulayıblar.

Müşavirənin yekununda Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov Dövlət Proqramında nəzərdə tutulan hədəflərə nail olunmasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarının əlaqələndirilmiş çevik və sistemli fəaliyyəti, eləcə də özəl sektorun fəal iştirakı ilə mümkün olacağını qeyd etmiş, fermerləri və sahibkarları ölkəyə idxal olunan məhsulların yerli istehsalının artırılması istiqamətində həyata keçirilən təşəbbüslərə qoşulmağa çağırıb.

Qeyd edilib ki, Dövlət Proqramının icrası Dağlıq Şirvan iqtisadi rayonunda taxılçılıq, meyvəçilik, bostançılıq və heyvandarlığın inkişafına, məhsuldarlığın yüksəldilməsinə, fermer təsərrüfatlarının dayanıqlığının artırılmasına və regionun aqrar potensialından daha səmərəli istifadə olunmasına mühüm töhfə verəcək. /APA/

AzPost.az

Post navigation

Previous: Dağlıq Şirvanda 53 523 ha suvarılan sahə mövcuddur –
Next: Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib

Oxşar xəbərlər

et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
qida yemek
  • Sosial

Ürəyə zərər verən qidalar açıqlandı – Gündəlik menyudan nəyi çıxarmalı?

User 06 Noyabr 2026 - 19:20

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.