Pele ilə birlikdə oynamış məşhur braziliyalı futbolçu Brito (Hércules Brito Ruas) 86 yaşında vəfat edib.
Azpost.info bildirir ki, bu barədə The Sun nəəşri məlumat yayıb.
Media xəbərlərinə görə, Braziliyanın 1970-ci ildə Meksikada keçirilən Dünya Kubokunda qələbə qazandığı tərkibdə oynamış Brito 14 mayda xəstəxanada sətəlcəmdən vəfat edib.
Açıq mənbələrə görə, o, ötən cümə axşamı vəfat edib.
: “Braziliya futbolu tarixinin ən böyük müdafiəçilərindən biri bizi tərk edib”- Britonun ölümü ilə bağlı Braziliya Futbol Konfederasiyasının prezidenti Samir Çaud bildirib.
Britonun futbolçu karyerası 16 yaşında “Vasko da Qama” da başlayıb və 40 yaşında “Rivera”da başa çatıb. O, həmçinin “Flamenqo”, “Kruzeyro” və “Botafoqo”da da oynayıb.
1964-cü ildən 1972-ci ilə qədər futbolçu Braziliya milli komandasında oynayıb və 61 oyun keçirib.