Tehran yeni nüvə sazişinə yaxınlaşır?- İran XİN-dən açıqlama

“Anlaşma Memorandumu ilə bağlı mövqeyimizi formalaşdırmağın son mərhələsindəyik və əksər məsələlər həll olunub. Hazırda anlaşma memorandumunu müzakirə etmək üçün müvafiq İran orqanları arasında görüş keçirilir”.

Bu barədə İranın Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Sazişin bəndlərinin təfərrüatları ilə bağlı mediada yayılan heç bir məlumatı təsdiqləmirik. Danışıq yanaşmamız nəticə əldə etməyə yönəlib. Biz digər tərəfin mövqelərini izləyirik və mövqelərimizi buna uyğun olaraq formalaşdırırıq”, – İran XİN-in açıqlamasında bildirilir.

AzPost.az

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.