Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

DYP yol qəzasının təfərrüatını açıqladı:

User 17 İyun 2026 - 14:23 (Last updated: 17 İyun 2026 - 14:31)
motos qeza

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Bakıda motosiklet idarə edən yeniyetmənin ölümü ilə nəticələnən yol qəzası barədə məlumat yayıb.

İdarədən verilən məlumatda bildirilib ki, iyunun 16-da saat 17:00 radələrində Pərviz Əhmədovun idarə etdiyi “Mercedes” markalı avtomobil Bakı-Quba yolunda nasazlıq səbəbindən məcburi dayanıb: “Məcburi dayanma zamanı baş verə biləcək qəzanın qarşısının vaxtında alınması üçün zəruri təhlükəsizlik tədbirləri görmək, ən qısa müddətdə avtomobili yolun hərəkət hissəsindən kənarlaşdırmaq əvəzinə, P.Əhmədov digər sürücüləri sadəcə, əl işarələri ilə xəbərdar etməklə kifayətlənib, bununla da vəzifəsini yerinə yetirdiyini güman edib.

Nəticədə nasaz nəqliyyat vasitəsinin dayandığı zolaqda hərəkətdə olan motosiklet sürücüsü 17 yaşlı Zəhra Mehdizadə mövcud şəraiti vaxtında qiymətləndirə bilməyib və gəldiyi sürətlə də avtomobilə çırpılıb.

Motosikleti sürücülük hüququ olmadan idarə edən Z.Mehdizadə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı istintaq aparılır”.

Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri nasaz nəqliyyat vasitələri ilə yola çıxmamağa, məcburi dayanma zamanı qanunvericilikdə nəzərdə tutulmuş vəzifələri düzgün və vaxtında icra etməyə, bununla yanaşı sürücülük hüququ olmayan şəxsləri sükan arxasına əyləşməkdən çəkinməyə, özlərinin və başqalarının həyat və sağlamlığına laqeyd yanaşmamağa çağırır.

 

https://cdn.apa.az/storage/apa.az/video-cdn/2d9d3b648fbedd5bee9460f67b3e0e56.mp4

AzPost.az

Post navigation

Previous: Startaplara yeni imkan:
Next: Əbdürrəhim bəy Haqverdiyevin 90 il əvvəlki kitabı yenidən nəşr edilib

Oxşar xəbərlər

Həbs
  • Kriminal

ADNSU-da 24 il əvvəl törədilən qətlin üstü açıldı – Şübhəli şəxs həbs edildi

User 06 Noyabr 2026 - 14:02
Aptek
  • Kriminal

Sumqayıtda aptekdən 35 min manat oğurlayan şəxs saxlanıldı

User 05 Noyabr 2026 - 16:56
qeza_polis
  • Kriminal

Bakıda axtarışda olan 74 yaşlı qadın həbs edilib

User 04 Noyabr 2026 - 10:44

xƏBƏR

pasinyan
  • Dünya

Paşinyan Türkiyəyə səfərə gedir

User 09 Noyabr 2026 - 13:43
Ermənistanın Baş naziri Nikol Paşinyan Antalyada keçiriləcək 31-ci BMT İqlim Dəyişikliyi Konfransında (COP31) iştirak etmək üçün noyabrın...
Read more about Paşinyan Türkiyəyə səfərə gedir
İrandan Azərbaycanda “arzuolunmaz” elan edilən şəxslərlə bağlı açıqlama iran xin sozçu
  • Dünya

İrandan Azərbaycanda “arzuolunmaz” elan edilən şəxslərlə bağlı açıqlama

User 09 Noyabr 2026 - 13:29
Şoyqu Azərbaycan-Ermənistan sülhündən danışdı – “Regionda vəziyyət yaxşılaşır” soyqu
  • Dünya

Şoyqu Azərbaycan-Ermənistan sülhündən danışdı – “Regionda vəziyyət yaxşılaşır”

User 09 Noyabr 2026 - 12:16
Sabaha olan hava proqnozu yaz havasının
  • Sosial

Sabaha olan hava proqnozu

User 09 Noyabr 2026 - 12:10
Səhər yeməyində bu 8 qidanı yeməyin – Təzyiqi yüksəldə, ürəyə zərər verə bilər seher yemeyi
  • Maraqlı

Səhər yeməyində bu 8 qidanı yeməyin – Təzyiqi yüksəldə, ürəyə zərər verə bilər

User 09 Noyabr 2026 - 12:04
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.