Ən effektiv arıqlama dərmanı açıqlandı

ABŞ-nin Corciya Universitetinin alimləri tərəfindən aparılan araşdırma tirzepatidin ən effektiv arıqlama dərmanı olduğunu göstərib.

AZƏRTAC “Knowridge” nəşrinə istinadla xəbər verir ki, “Obesity” jurnalında dərc olunan tədqiqat çərçivəsində 14 mindən çox iştirakçının məlumatları təhlil edilib və üç məşhur GLP-1 preparatı – tirzepatid, semaglutid və liraglutid müqayisə olunub. Nəticələrə görə, tirzepatid qəbul edən şəxslər orta hesabla bədən çəkilərinin 20 faizdən çoxunu itiriblər. Bu göstərici semaglutid üçün təxminən 15 faiz, liraglutid üçün isə 8 faiz təşkil edib.

Tədqiqatçılar tirzepatidin yüksək effektivliyini onun eyni vaxtda iki hormonal mexanizmə təsir göstərməsi ilə izah edirlər. Bildirilir ki, preparat digər dərmanlarla müqayisədə daha çox yan təsir yaratmayıb.

Alimlər qeyd edirlər ki, bu dərmanlar piylənmənin müalicəsində mühüm rol oynasa da, uzunmüddətli təsirləri və müalicə dayandırıldıqdan sonrakı nəticələr əlavə araşdırmalar tələb edir.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.