Məşhur müğənnilər sosial şəbəkələrdən milyonlar qazanır

Müasir dövrdə musiqi satışlarından əldə olunan gəlirlər əvvəlki illərlə müqayisədə azalsa da, sosial şəbəkələr məşhurlar üçün əsas qazanc mənbələrindən birinə çevrilib.

Marketinq ekspertlərinin hesablamalarına görə, milyonlarla izləyicisi olan sənətçilər bir reklam paylaşımından on minlərlə dollar qazana bilirlər. Xüsusilə Instagram, TikTok və YouTube platformaları şou-biznes nümayəndələri üçün yeni imkanlar yaradıb.

Mütəxəssislər bildirirlər ki, pərəstişkarlarla birbaşa ünsiyyət qurmaq imkanı sənətçilərin populyarlığını artırır və reklam verənlərin marağını cəlb edir. Bir çox dünya ulduzları artıq konsert gəlirlərindən əlavə olaraq rəqəmsal platformalardan böyük gəlir əldə edirlər.

Analitiklər hesab edirlər ki, yaxın illərdə sosial media gəlirləri şou-biznes sektorunda daha da artacaq və ənənəvi reklam modellərini geridə qoya bilər.

Sunay

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.