Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

90 min manat dələduzluqda ittiham olunan şəxs Serbiyadan ekstradisiya edildi

User 20 İyul 2026 - 15:55 (Last updated: 21 İyul 2026 - 11:25)
Həbs

Həbs

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Məmmədov Səbuhi Elburus oğlu Serbiya Respublikasında saxlanılaraq Azərbaycana ekstradisiya edilib.

Azpost.info xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nazirlik tərəfindən xarici dövlətlərin aidiyyəti qurumları ilə beynəlxalq axtarışa verilmiş, cinayət törətməkdə ittiham olunan şəxslərin saxlanılması və ölkəyə gətirilməsi istiqamətində əməkdaşlıq davam etdirilir.

Məlumata görə, İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Serbiya Respublikasında müəyyən edilən Səbuhi Məmmədov iyulun 19-da Azərbaycana ekstradisiya olunub.

İstintaq materiallarına əsasən, o, 2023-cü ildə etibardan sui-istifadə və aldatma yolu ilə zərərçəkmiş şəxsə müxtəlif yalan vədlər verməklə 90 min 869 manat məbləğində ziyan vurmaqla külli miqdarda dələduzluq etməkdə ittiham olunur. Ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Ədliyyə Nazirliyinin məlumatına görə, Baş Prokurorluğun ekstradisiya sorğusu və aparılan danışıqlardan sonra Serbiya tərəfi həmin şəxsin Azərbaycana təhvil verilməsinə razılıq verib.

Nazirlik qeyd edib ki, bu qərar Azərbaycanla Serbiya arasında hüquqi əməkdaşlığın yüksək səviyyədə olduğunu və Serbiyanın ölkəmiz üçün etibarlı tərəfdaş olduğunu bir daha nümayiş etdirir.

Səbuhi Məmmədov Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq Baş idarəsinin və Penitensiar xidmətin əməkdaşları tərəfindən Belqraddan Bakıya gətirilib. O, məhkəmənin həbs qərarına əsasən istintaq təcridxanasına yerləşdirilib.

Ədliyyə Nazirliyi beynəlxalq axtarışda olan şəxslərin ölkəyə ekstradisiyası istiqamətində tədbirlərin davam etdirildiyini bildirib.

AzPost.az

Post navigation

Previous: Türkiyədə bələdiyyə sədri və həyat yoldaşı saxlanıldı –
Next: Böyük Britaniyada Baş nazir dəyişdi

Oxşar xəbərlər

Həbs
  • Kriminal

ADNSU-da 24 il əvvəl törədilən qətlin üstü açıldı – Şübhəli şəxs həbs edildi

User 06 Noyabr 2026 - 14:02
Aptek
  • Kriminal

Sumqayıtda aptekdən 35 min manat oğurlayan şəxs saxlanıldı

User 05 Noyabr 2026 - 16:56
qeza_polis
  • Kriminal

Bakıda axtarışda olan 74 yaşlı qadın həbs edilib

User 04 Noyabr 2026 - 10:44

xƏBƏR

erdoqan zefer paylasim
  • Siyasət

Ərdoğandan Zəfər Günü paylaşımı – “Dost və qardaş Azərbaycanın…”

User 08 Noyabr 2026 - 15:01
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik paylaşımı edib. Türkiyə lideri...
Read more about Ərdoğandan Zəfər Günü paylaşımı – “Dost və qardaş Azərbaycanın…”
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi – CANLI YAYIM ilham erdoqan
  • Siyasət

Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi – CANLI YAYIM

User 08 Noyabr 2026 - 14:05
Ərdoğan Azərbaycana səfərə gəldi – RƏSMİ QARŞILANMA / VİDEO ilham erdoqan
  • Baş Yazı

Ərdoğan Azərbaycana səfərə gəldi – RƏSMİ QARŞILANMA / VİDEO

User 08 Noyabr 2026 - 13:56
“Ölümsüz Komandan – Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb zefer video
  • Siyasət

“Ölümsüz Komandan – Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb

User 08 Noyabr 2026 - 13:52
Şeyxülislam və dini icma rəhbərləri Zəfər Tağını ziyarət edib seyx zefer
  • Din

Şeyxülislam və dini icma rəhbərləri Zəfər Tağını ziyarət edib

User 08 Noyabr 2026 - 13:33
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.