Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Hadisə

Baş Prokurorluğun sorğusu üzrə axtarışda olan 4 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib

User 22 İyul 2026 - 17:34 (Last updated: 22 İyul 2026 - 17:34)
6a60c47bea6326a60c47bea633178472665142dac6444f92442d437bb29e4f30d3d4

Baş Prokurorluğun sorğusu əsasında beynəlxalq axtarışda olan təqsirləndirilən şəxslər ölkəmizə ekstradisiya edilib.

APA xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında deyilir.

Məlumata görə, «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Kazımov Emil Faiq oğlu, Məmmədov Cabbar Məmmədrza, Əliyev Habil Hüseyn oğlu, Babayev Fuad İlqar oğlu və Quliyev Kənan Əli oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Belə ki, Emil Kazımovun külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq, Cabbar Məmmədovun təkrar dələduzluq, Habil Əliyevin qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla törədilən oğurluq, Fuad Babayev və Kənan Quliyevin isə bir qrup şəxs halında silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə etməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan xuliqanlıq cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə onlar axtarışa veriliblər.

Qeyd olunan şəxslər Rusiya Federasiyasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.

AzPost.az

Post navigation

Previous: Tramp: İran bu andan Hörmüz boğazında hər hansı gəmiyə atəş açarsa, ABŞ körpü və ya elektrik stansiyalarını vuracaq
Next: Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı hücum əməliyyatlarının gücləndiriləcəyini bildirib

Oxşar xəbərlər

yangin
  • Hadisə

Bakıda restoranda yanğın olub – VİDEO

Orkhan Ali 21 Oktyabr 2026 - 09:53
MOTOXULİQANLIQ
  • Hadisə

Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb

User 08 Oktyabr 2026 - 15:55
  • Hadisə

Yol polisi Formula 1-lə əlaqədar sürücülərə müraciət edib

User 18 Sentyabr 2026 - 12:23

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.