Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Bakıda 40 dərəcə isti gözlənilir

User 24 İyul 2026 - 21:12 (Last updated: 24 İyul 2026 - 21:12)
hava isti02

Ötən aydan başlayaraq Avropada isti hava dalğası və yüksək temperatur müşahidə olunur. İqlim böhranının təsirlərini daha da gücləndirən belə hava şəraiti həm təbiət, həm də insan sağlamlığı üçün ciddi risklər yaradır.

Azərbaycanda da son günlər havanın temperaturu yüksəlməkdədir. Bakıda iyulun 20-də gündüz saatlarında havanın temperaturu 27–30 dərəcə arasında dəyişirdisə, iyulun 25-də həmin göstəricinin 33–38 dərəcəyədək yüksələcəyi gözlənilir. Sinoptiklər yaxın günlərdə paytaxt da daxil olmaqla, respublikanın bəzi ərazilərində temperaturun 40–41 dərəcəyə çatacağı ilə bağlı xəbərdarlıq ediblər.

AZƏRTAC ölkəmizdə temperatur artımının səbəblərini mütəxəssislərlə birgə araşdırıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova AZƏRTAC-a açıqlamasında temperaturun yüksəlməsinin səbəbini əsasən cənubdan ölkəmizə isti hava kütlələrinin daxil olması ilə əlaqələndirib.

“Ölkəmizə isti hava kütlələrinin daxil olması nəticəsində Bakıda və Abşeron yarımadasında iyulun 25-26-da havanın maksimal temperaturunun 35-38, bəzi ərazilərdə isə 40 dərəcəyə yaxın isti olacağı gözlənilir. Azərbaycanın bəzi rayonlarında da iyulun 25-29-da havanın maksimal temperaturunun 35-40, Mərkəzi Aran və Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində isə 41 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır”, – deyə G.Məmmədova qeyd edib.

Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Xəzər dənizinin coğrafiyası laboratoriyasının aparıcı elmi işçisi, professor Əmir Əliyev Avropada müşahidə olunan iqlim proseslərinin, havanın temperaturunun kəskin dəyişməsinin əsasən Şimali Atlantika üzərindən hava kütlələrinin, siklonların, antisiklonların həmin ərazilərə daxil olması ilə əlaqədar olduğunu deyib. Professor ölkəmizin, xüsusilə Xəzər dənizi hövzəsinin həmin əraziyə daxil olması səbəbindən oxşar proseslərin burada müşahidə edilmə ehtimalının yüksək və gözlənilən olduğunu, lakin temperatur göstəricilərinin relyefə görə fərqləndiyini bildirib: “Azərbaycanda son günlər qeydə alınan temperatur yüksəlməsi Avropada müşahidə olunan proseslərlə, bilavasitə Şimali Atlantika üzərində əmələ gələn hava kütlələrinin bizim ərazilərə daxil olması ilə sıx əlaqədardır. Ona görə Avropada qeydə alınan iqlim prosesləri Azərbaycanda da özünü göstərir. Həmçinin Azərbaycana həm də cənubdan hava kütlələri daxil olur. Cənubdan daxil olan isti hava kütlələri onlara qarışaraq Azərbaycanda hava şəraitini təyin edir. Bu nöqteyi-nəzərdən ölkəmizdə müşahidə edilən temperatur göstəriciləri, yəni yüksəlmələri bilavasitə həmin proseslərlə bağlıdır”.

AzPost.az

Post navigation

Previous: ABŞ və Britaniya Hörmüzlə bağlı beynəlxalq konfrans keçirməyi planlaşdırır
Next: XİN-də diplomatik xidmətə qəbul imtahanının nəticələri açıqlandı

Oxşar xəbərlər

sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
ilham aqdam01
  • Sosial

İlham Əliyev Ağdam Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

User 07 Noyabr 2026 - 13:11
ramiz
  • Sosial

AMEA-dan İsa Həbibbəylinin Ramiz Mehdiyevlə bağlı iddialara adının salınmasına cavab

User 07 Noyabr 2026 - 10:47

xƏBƏR

dava boks
  • İdman

İstanbulda azərbaycanlı boksçu qalib gəldi, dava düşdü – VİDEO

User 08 Noyabr 2026 - 15:14
Fransanı təmsil edən azərbaycanlı boksçu Murad Əliyev İstanbulda keçirilən peşəkar boks qarşılaşmasında türkiyəli Ümit Çamkırana qalib gəlib....
Read more about İstanbulda azərbaycanlı boksçu qalib gəldi, dava düşdü – VİDEO
Ərdoğandan Zəfər Günü paylaşımı – “Dost və qardaş Azərbaycanın…” erdoqan zefer paylasim
  • Siyasət

Ərdoğandan Zəfər Günü paylaşımı – “Dost və qardaş Azərbaycanın…”

User 08 Noyabr 2026 - 15:01
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi – CANLI YAYIM ilham erdoqan
  • Siyasət

Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi – CANLI YAYIM

User 08 Noyabr 2026 - 14:05
Ərdoğan Azərbaycana səfərə gəldi – RƏSMİ QARŞILANMA / VİDEO ilham erdoqan
  • Baş Yazı

Ərdoğan Azərbaycana səfərə gəldi – RƏSMİ QARŞILANMA / VİDEO

User 08 Noyabr 2026 - 13:56
“Ölümsüz Komandan – Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb zefer video
  • Siyasət

“Ölümsüz Komandan – Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb

User 08 Noyabr 2026 - 13:52
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.