XİN-də diplomatik xidmətə qəbul imtahanının nəticələri açıqlandı

vəkili
vəkili

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 25 iyun 2026-cı il tarixində Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün xarici dil biliyinin “Dinləyib-anlama”, “Oxuyub-anlama”, həmçinin xarici dil və Azərbaycan dillərində analitik yazı bacarıqlarının yoxlanılması hissəsi, iyunun 26-da isə danışıq bloku üzrə imtahan keçirilib.

İmtahan iştirakçıları nəticələr ilə DİM-in internet saytında tanış ola bilərlər.

Qeyd edək ki, imtahanın ikinci mərhələsinə birinci mərhələdə azı 60% nəticə göstərən 129 namizəd buraxılıb.

Xarici dil imtahanının hər iki hissəsində 126 nəfər iştirak edib.

Müsabiqənin ikinci mərhələsinin nəticələri ilə daha təfərrüatlı məlumatla aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:

https://dim.gov.az/az/metbuat/xeberler/xarici-isler-nazirliyinde-diplomatik-xidmete-qebul-imtahaninin-ikinci-merhelesinin-neticeleri-elan-olunub-1

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.