Lənkəranda 1 milyonluq yol təmiri tenderini bu şirkət qazandı

Lənkəran şəhəri və rayon ərazisində avtomobil yollarının təmiri ilə bağlı keçirilən tender müsabiqəsinin qalibi müəyyənləşib.

Azpost.info xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən elan olunan “Lənkəran şəhər və rayon ərazisində avtomobil yollarında aparılacaq təmir işlərinin satın alınması (büdcə və büdcədənkənar vəsait hesabına)” üzrə tenderin qalibi “RASH.M.M.TRADE AND SERVICES-2020” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Bağlanacaq müqavilənin dəyəri 1 milyon 7 min 476 manat 92 qəpik təşkil edir.

Layihə çərçivəsində Lənkəran şəhəri və rayon ərazisində avtomobil yollarında təmir işlərinin həyata keçirilməsi nəzərdə tutulur. İşlər dövlət büdcəsi və büdcədənkənar vəsait hesabına maliyyələşdiriləcək.

Müsabiqə 20 may 2026-cı il tarixində elan olunub, təkliflərin qəbulu və zərflərin açılışı isə 23 iyun 2026-cı ildə baş tutub.

“RASH.M.M.TRADE AND SERVICES-2020” MMC 26 noyabr 2013-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 406 min 939 manatdır.

Hüquqi şəxsin qanuni təmsilçisi Nadir Bilman oğlu Xudiyevdir. Açıq dövlət reyestrlərində yer alan məlumatlara görə, o, eyni zamanda dövlət satınalmalarında iştirak edən “İS.M.M” MMC-nin də qanuni təmsilçisidir.

Şirkət ötən illər ərzində müxtəlif dövlət qurumları və yerli icra hakimiyyətləri tərəfindən keçirilən satınalma müsabiqələrində iştirak edərək tikinti, abadlıq, təchizat və digər istiqamətlər üzrə bir sıra müqavilələr qazanıb.

Bu tender də şirkətin dövlət sifarişləri portfelinə daxil olan növbəti layihələrdən biridir.

S.Abdulla

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.