“İranı satın almaq olmaz, onlara qalib gəlmək lazımdır” –TRAMP

ABŞ Prezidenti Donald Tramp İrana qarşı tətbiq olunan siyasətin Venesuelada baş verən proseslərə bənzədiyini bildirib.

Azpost.info bildirir ki, Trampın sözlərinə görə, İranı güzəştlərlə razı salmaq mümkün deyil. “İranla baş verənlər Venesuelada yaşananlara bənzəyir. Sadəcə insanlar bunu görmür. Onları satın almaq olmaz. Onları məğlub etmək lazımdır. Biz də onları məğlub edirik”, – deyə ABŞ prezidenti bildirib.

Bununla yanaşı, Tramp qeyd edib ki, Vaşinqton və Tehran arasında “dostcasına danışıqlar” davam edir. ABŞ prezidenti bildirib ki, İran bir müddət əvvəl yanacaqla bağlı vəziyyətin yaxşılaşmasından sonra yenidən aqressiv davranmağa başlayıb. “İran ‘zəhmət olmasa, blokada olmasın’ deyirdi. Yanacaq məsələsində vəziyyət bir müddət yaxşılaşdı. Sonra onlar yenidən düzgün davranmadılar və mən hərbi əməliyyatlara qayıtmalı oldum. İndi isə yenidən normal davranırlar”, – deyə Tramp vurğulayıb.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.