Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

ABŞ İrana zərbə üçün hərbi qüvvələrini cəmləşdirib –

User 28 İyul 2026 - 09:16 (Last updated: 28 İyul 2026 - 09:12)
abs gemi deniz

ABŞ Hərbi Dəniz Qüvvələri Ərəb dənizində İrana qarşı mümkün genişmiqyaslı əməliyyatlar üçün 17 döyüş gəmisindən ibarət hərbi qruplaşma yerləşdirib.

Bu barədə ABŞ Hərbi Dəniz İnstitutunun İnformasiya Xidməti məlumat yayıb.

Məlumata görə, bölgədə USS Abraham Lincoln və USS George H. W. Bush atom aviadaşıyıcıları yerləşdirilib. Hər iki gəmidə ümumilikdə 100-dən çox döyüş təyyarəsi var.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) sərəncamında, həmçinin 1 raket kreyseri və 11 esmines mövcuddur. Bu gəmilər 1 600 kilometrədək məsafəni vura bilən “Tomahawk” qanadlı raketləri ilə silahlanıb.

Qruplaşmaya əlavə olaraq, dəniz piyadalarının ekspedisiya batalyonunu, şaquli eniş-qalxma imkanına malik qırıcıları, döyüş və nəqliyyat helikopterlərini daşıyan 3 böyük desant gəmisi də daxildir. Bölgədə qanadlı raketlərlə təchiz edilmiş bir neçə zərbə tipli sualtı qayıq da növbətçilik edir.

Bununla yanaşı, CENTCOM-un Hind okeanında daha 3 raket esminesi, Qırmızı dənizdə isə 1 esminesi yerləşir.

Mərkəzi Komandanlığın məlumatına görə, ötən cümə gününədək bu hərbi qruplaşmanın gəmiləri və göyərtə aviasiyası iki həftə ərzində hər gün İrana zərbələr endirib.

ABŞ Prezidenti Donald Tramp isə Axios portalına müsahibəsində bildirib ki, Tehranla aparılan danışıqlar nəticəsiz qalacağı təqdirdə, ABŞ yenidən İrana qarşı güclü hərbi əməliyyatlara başlayacaq.

“İranla çox ətraflı danışıqlar aparırıq. Əgər bu danışıqlar nəticə verməsə, çox güclü hərbi əməliyyatlara qayıdacağıq”, – deyə Tramp bildirib.

AzPost.az

Post navigation

Previous: “Brent” nefti ucuzlaşıb
Next: Ukraynanın eks-prezidenti Yanukoviç Rusiyada saxta adla yaşayır

Oxşar xəbərlər

putin valday
  • Dünya

Putin ABŞ-da G20 sammitində iştirak edəcək? – Kremldən açıqlama

User 27 Oktyabr 2026 - 11:00
israil
  • Dünya

İsraildə parlament seçkiləri keçirilir

User 27 Oktyabr 2026 - 10:46
abs gemi irana
  • Dünya

ABŞ İranın yaxınlığında hərbi gəmilərinin sayını artırdı – 21 döyüş gəmisi bölgədədir

User 27 Oktyabr 2026 - 10:42

xƏBƏR

person measures blood sugar with glucometer
  • Sosial

Şəkəri tənzimləməyə kömək edən 5 qida – Kişilər menyuya nə əlavə etməlidir?

User 27 Oktyabr 2026 - 11:10
Qidalanma qanda qlükoza səviyyəsinin tənzimlənməsində mühüm rol oynayır. Bəzi məhsullar karbohidratların mənimsənilməsini ləngitməyə, yeməkdən sonra qan şəkərinin...
Read more about Şəkəri tənzimləməyə kömək edən 5 qida – Kişilər menyuya nə əlavə etməlidir?
İlham Əliyevdən sərt mesaj – “Müstəqil ölkəyə necə yaşamağı öyrətmək istəyirlər” ilham ali forum
  • Siyasət

İlham Əliyevdən sərt mesaj – “Müstəqil ölkəyə necə yaşamağı öyrətmək istəyirlər”

User 27 Oktyabr 2026 - 11:02
Putin ABŞ-da G20 sammitində iştirak edəcək? – Kremldən açıqlama putin valday
  • Dünya

Putin ABŞ-da G20 sammitində iştirak edəcək? – Kremldən açıqlama

User 27 Oktyabr 2026 - 11:00
Azərbaycanda əlilliyə görə ödəniş alanların sayı açıqlandı Pensiya
  • Sosial

Azərbaycanda əlilliyə görə ödəniş alanların sayı açıqlandı

User 27 Oktyabr 2026 - 10:55
İtkin düşmüş 10 nəfər tapıldı, 13 dələduz saxlanıldı – DİN DIN
  • Sosial

İtkin düşmüş 10 nəfər tapıldı, 13 dələduz saxlanıldı – DİN

User 27 Oktyabr 2026 - 10:50
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.