Putin Qazaxıstan və Özbəkistanla hərbi sazişləri yeniləyir

Rusiya Prezidenti Vladimir Putin Qazaxıstan və Özbəkistanla hərbi-texniki əməkdaşlığa dair sazişlərin müddəalarının yenilənməsi ilə bağlı hökumətin təklifini təsdiqləyib.

Azpost.info xəbər verir ki, bununla bağlı sərəncamlar Rusiyanın rəsmi hüquqi informasiya portalında dərc olunub.

Məlumata görə, Qazaxıstanla hərbi-texniki əməkdaşlıq haqqında saziş 24 dekabr 2013-cü ildə, Özbəkistanla analoji sənəd isə 29 noyabr 2016-cı ildə imzalanıb və indiyədək onların müddəalarında dəyişiklik edilməyib.

Sənəddə qeyd olunur ki, hərbi-texniki əməkdaşlığın genişləndirilməsi məsələləri Vladimir Putinin 2026-cı ilin mayında Qazaxıstana və 2024-cü ilin mayında Özbəkistana etdiyi dövlət səfərləri zamanı da müzakirə olunub.

Hazırkı sazişlər hərbi təyinatlı məhsulların tədarükü, silah və hərbi texnikanın təmiri və modernləşdirilməsi, birgə elmi-tədqiqat işləri, ortaq istehsal müəssisələrinin yaradılması, mütəxəssis hazırlığı və təcrübə mübadiləsi kimi istiqamətlərdə əməkdaşlığın ümumi prinsiplərini müəyyən edir.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.