“Tehran ABŞ-dan nə danışıq, nə də atəşkəs xahiş edib” –İran XİN müavini

İran ABŞ-dan nə danışıqlar aparmağı, nə də atəşkəs elan etməyi xahiş edib.

Bunu İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi CNN telekanalına müsahibəsində bildirib.

O, ABŞ Prezidenti Donald Trampın son günlər İranın danışıqlara can atdığı barədə səsləndirdiyi fikirləri təkzib edib.

“Yeni qarşıdurma başlayandan ötən 16-17 gün ərzində İran heç bir dəfə ABŞ-a danışıqlar təklifi ilə müraciət etməyib. Biz amerikalılardan atəşkəs də istəməmişik. Əksinə, təmasların təşəbbüskarı ABŞ tərəfi olub”, – deyə Qəribabadi vurğulayıb.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.