Azərbaycanda Milli Qvardiyanın yaradıcısı və ilk komandanı olmuş polkovnik Azər Bahadur oğlu Babayev vəfat edib.
Bu barədə Milli Qvardiyanın keçmiş zabiti, istefada olan polkovnik Əzizağa Süleymanov paylaşım edib.
O, mərhum Azər Babayevin Moskva şəhərində dünyasını dəyişdiyini bildirib.
Babayev Azər Bahadur oğlu 1956-cı ildə anadan olub. Azərbaycan Milli Qvardiyası 1991-ci il dekabrın 25-də yaradılıb. A.Babayev həmin vaxtdan 1992-ci ilin avqust ayına qədər Milli Qvardiyanın komandanı olub.