Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual

2026 qəbulu: Bu ixtisaslarda keçid balları arta bilər

User 29 İyul 2026 - 10:20
imtahan

2026-cı ildə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentləri ixtisas seçimi mərhələsində daha gərgin rəqabət gözləyir. Xüsusilə ikinci ixtisas qrupunda müraciət edənlərin sayının kəskin artması bəzi ixtisaslar üzrə keçid ballarının yüksəlməsinə səbəb ola bilər.

Təhsil eksperti Elmin Nuri Trend-ə açıqlamasında bildirib ki, bu il plan yerlərinin sayında ötən illə müqayisədə ciddi dəyişiklik gözlənilməsə də, abituriyentlərin sayındakı fərqlər rəqabətə birbaşa təsir göstərəcək.

Ekspertin sözlərinə görə, Dövlət İmtahan Mərkəzinin (DİM) “Abituriyent” jurnalının 4-cü sayında dövlət sifarişli və ödənişli plan yerləri, eləcə də ixtisas qrupları üzrə bütün statistik göstəricilər açıqlanacaq. Həmin məlumatlar ixtisas seçimi zamanı əsas meyarlardan biri olacaq.

İkinci ixtisas qrupunda rekord rəqabət gözlənilir

Elmin Nuri bildirib ki, bu il ən ciddi rəqabət ikinci ixtisas qrupunda yaşanacaq. Onun sözlərinə görə, bunun əsas səbəbi həmin qrup üzrə qeydiyyatdan keçənlərin sayının rekord həddə çatmasıdır. “Üçüncü ixtisas qrupunda artım cəmi 75 nəfər olduğu halda, ikinci ixtisas qrupunda bu rəqəm 3 mindən çoxdur. Bu isə rəqabətin ciddi şəkildə artacağını göstərir”, – deyə ekspert vurğulayıb.

Onun fikrincə, iqtisadiyyat, maliyyə, mühasibatlıq, marketinq, menecment, biznesin idarə edilməsi, beynəlxalq ticarət və logistika kimi iqtisadi profilli ixtisaslarda keçid ballarının yüksəlməsi ehtimalı yüksəkdir.

İT və müəllimlik ixtisaslarında da ballar arta bilər

Ekspert hesab edir ki, birinci ixtisas qrupunda xüsusilə riyaziyyat-informatika (Rİ) altqrupu üzrə İT yönümlü ixtisaslarda da keçid ballarında artım müşahidə oluna bilər.

Üçüncü ixtisas qrupunda isə müəllimlik ixtisasları üzrə rəqabətin daha da güclənəcəyi gözlənilir. Tarix, Azərbaycan dili və ədəbiyyatı, ibtidai sinif müəllimliyi və xarici dil müəllimliyi kimi ixtisaslarda plan yerlərinin azalması keçid ballarını yüksəldə bilər.

Hansı ixtisaslarda ballar azala bilər?

Elmin Nurinin proqnozuna görə, bəzi istiqamətlərdə keçid ballarında azalma da mümkündür.

Belə ki, birinci ixtisas qrupunun RK altqrupuna, üçüncü ixtisas qrupunun DT altqrupuna daxil olan bəzi ixtisaslarda, eləcə də dördüncü ixtisas qrupunda qeyri-tibbi istiqamətlər üzrə keçid ballarının aşağı düşməsi ehtimal edilir.

Ekspert qeyd edib ki, plan yerlərinin sayı keçid ballarını müəyyən edən əsas amillərdən biridir. Çünki keçid balı həmin ixtisasa müraciət edənlərin sayı ilə ayrılan plan yerlərinin nisbətinə əsasən formalaşır.

“Yalnız ötən ilin keçid balına baxmaq düzgün deyil”

Elmin Nuri abituriyentlərə ixtisas seçimi zamanı yalnız ötən ilin keçid ballarını əsas götürməməyi tövsiyə edib. Onun sözlərinə görə, seçim zamanı plan yerləri, dövlət sifarişli yerlərin sayı və statistik göstəricilər də diqqətlə təhlil edilməlidir.

Ekspert hesab edir ki, abituriyentlər əvvəlcə DİM-in statistik məlumatlarını öyrənməli, daha sonra isə imkan daxilində bu sahə üzrə mütəxəssislə məsləhətləşərək ixtisas seçimini həyata keçirməlidirlər. Bu yanaşma onların daha düzgün seçim etməsinə və qəbul şansını artırmasına kömək edə bilər.

AzPost.az

Post navigation

Previous: Rusiya niyə yenidən Qarabağı gündəmə gətirir?
Next: Rusiya “Telegram”ın sahibini beynəlxalq axtarışa verdi

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.