Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

“Neftin hər 10 dollar bahalaşması Azərbaycana 1,2 milyard dollar qazandırır” –

User 29 İyul 2026 - 22:01 (Last updated: 29 İyul 2026 - 22:52)
taleh bank sedri

Yaxın Şərqdə baş verən geosiyasi proseslər enerji bazarına təsir göstərərək neft və qazın qiymətlərini artırıb. Bu isə Azərbaycan iqtisadiyyatı üçün həm yeni imkanlar, həm də müəyyən risklər yaradıb.

AZPOST xəbər verir ki, bu fikirləri Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov AZTV-yə və APA-ya birgə müsahibəsində səsləndirib.

Onun sözlərinə görə, enerji daşıyıcılarının bahalaşmasının müsbət tərəflərindən biri ölkənin strateji valyuta ehtiyatlarının artmasıdır. “İlk altı ayın nəticələrinə görə Azərbaycanın strateji valyuta ehtiyatları 85,8 milyard ABŞ dollarına çatıb. Bu, altı ay ərzində 700 milyon dollar artım deməkdir. Eyni zamanda, bu müddətdə Dövlət Neft Fondu dövlət büdcəsinə 3,77 milyard ABŞ dolları transfert edib”, – deyə Mərkəzi Bank sədri bildirib.

Kazımov qeyd edib ki, hesablamalara əsasən, mövcud hasilat həcmi nəzərə alınmaqla neftin qiymətinin hər 10 dollar artması Azərbaycan iqtisadiyyatına təxminən 1,2 milyard ABŞ dolları əlavə gəlir gətirir.

Onun sözlərinə görə, təbii qazın 1000 kubmetrinin orta qiymətinin 50 dollar yüksəlməsi isə ölkəyə əlavə 900 milyon ABŞ dolları gəlir qazandırır. Qiymətlər aşağı düşdükdə isə təsir eyni həcmdə, lakin əks istiqamətdə olur.

Neft və qaz üzrə yeni proqnozlar

Mərkəzi Bank sədri bildirib ki, hazırkı proqnozlara əsasən, 2026-cı ildə bir barel neftin orta qiymətinin 84,5 ABŞ dolları, 2027-ci ildə isə 78 ABŞ dolları olacağı gözlənilir.

Təbii qazın 1000 kubmetrinin orta qiymətinin isə müvafiq olaraq 324 ABŞ dolları və 290 ABŞ dolları səviyyəsində olacağı proqnozlaşdırılır.

Kazımov vurğulayıb ki, bu göstəricilər may ayında hazırlanmış proqnozlara əsaslanır və iyul ayı üzrə yenilənmiş proqnozlar Mərkəzi Bankın bu ayın sonunda keçiriləcək pul siyasətinə dair mətbuat konfransında açıqlanacaq.

Cari əməliyyatlar balansında profisit gözlənilir

Mərkəzi Bankın hesablamalarına görə, cari proqnozlar əsasında Azərbaycanın cari əməliyyatlar balansının profisiti bu ilin sonunda 5,5 milyard ABŞ dolları, gələn ilin sonunda isə 4–4,4 milyard ABŞ dolları təşkil edəcək.

Kazımovun sözlərinə görə, enerji qiymətlərinin yüksəlməsi strateji valyuta ehtiyatlarının artmasına və ölkənin xarici iqtisadi mövqeyinin möhkəmlənməsinə müsbət təsir göstərir.

O əlavə edib ki, yaranmış geosiyasi vəziyyət Azərbaycanın logistika mərkəzi kimi rolunu gücləndirmək üçün də yeni imkanlar yaradır və hökumətin bu istiqamətdə həyata keçirdiyi layihələr perspektivlidir.

“Biz inflyasiyanı idxal edirik”

Mərkəzi Bank sədri enerji qiymətlərinin artmasının mənfi tərəfinin inflyasiya olduğunu da qeyd edib.

“İdxal etdiyimiz mal və xidmətlərin təxminən 80 faizi enerji daşıyıcılarını idxal edən ölkələrdən gəlir. Enerji qiymətləri artdıqca həmin ölkələrdə istehsal xərcləri yüksəlir və bu da məhsul qiymətlərinin bahalaşmasına səbəb olur. Nəticədə biz inflyasiyanı idxal edirik”, – deyə Taleh Kazımov bildirib.

AzPost.az

Post navigation

Previous: İnsanlar niyə eyni yuxunu dəfələrlə görür?
Next: “Mərkəzi Bank bu il 1,5 milyard dollar alıb, manatı möhkəmlənməyə qoymayıb” –

Oxşar xəbərlər

tanker dizel
  • İqtisadiyyat

ABŞ-a göndərilən Rusiya dizelini almaq istəyən yoxdur – Şirkətlər geri çəkilir

User 30 Oktyabr 2026 - 20:32
valyuta
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 30 Oktyabr 2026 - 09:43
qaz tebii
  • İqtisadiyyat

Avropada qaz böhranı dərinləşir – Qiymət 100 avroya çatdı, Asiya ilə rəqabət güclənir

User 29 Oktyabr 2026 - 19:27

xƏBƏR

urek mualice
  • Maraqlı

Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun

User 30 Oktyabr 2026 - 23:51
Ürək-damar xəstəlikləri heç də həmişə sinədə kəskin ağrı və ya səhhətin qəfil pisləşməsi ilə müşayiət olunmur. Bəzən...
Read more about Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun
İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq? abs ordu teyyare
  • Dünya

İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq?

User 30 Oktyabr 2026 - 23:41
Qətərin qaz ixracı 80 faiz azalıb qaz tebii
  • Dünya

Qətərin qaz ixracı 80 faiz azalıb

User 30 Oktyabr 2026 - 23:37
Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi kosmetika qoc
  • Maraqlı

Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi

User 30 Oktyabr 2026 - 21:11
G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi g20 lavrov
  • Dünya

G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi

User 30 Oktyabr 2026 - 21:01
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.