Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

“Dolların bahalaşacağı ilə bağlı narahatlıq üçün əsas yoxdur” –

User 29 İyul 2026 - 22:22 (Last updated: 29 İyul 2026 - 22:53)
taleh kazimov

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib ki, neftin qiymətində qısamüddətli dəyişikliklərə görə narahat olmağa əsas yoxdur və hazırkı iqtisadi göstəricilər manatın sabitliyini qorumağa imkan verir.

AZPOST xəbər verir ki, Taleh Kazımov bu fikirləri AZTV-yə və APA-ya birgə müsahibəsində səsləndirib.

Onun sözlərinə görə, son 20 ildə yalnız 2020-ci ildə neftin orta illik qiyməti 42 ABŞ dolları olub və bundan aşağı düşməyib.

“İl ərzində neftin qiyməti qısa müddətə 0 dollara da enə, 200 dollara da yüksələ bilər. Amma bizim üçün əsas göstərici orta illik qiymətdir. Təəssüf ki, bəzən neftin qiyməti bir neçə gün aşağı düşən kimi həm vətəndaşlar, həm də biznes nümayəndələri narahat olurlar”, – deyə Mərkəzi Bank sədri bildirib.

Kazımov qeyd edib ki, hətta neftin orta illik qiyməti 45 ABŞ dolları olsa belə, mövcud hasilat həcmləri nəzərə alınmaqla Azərbaycanın cari əməliyyatlar balansı profisitli qalacaq.

“Büdcə üçün də ciddi risk görmürük”

Mərkəzi Bank sədrinin sözlərinə görə, hazırda dövlət büdcəsində neftin orta illik qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.

O bildirib ki, hesablamalara əsasən, neftin qiymətində hər 10 dollarlıq dəyişiklik icmal büdcəyə təxminən 1,4 milyard manat təsir göstərir.

“Bununla belə, zərurət yaranarsa, bəzi xərclərin optimallaşdırılması və ya investisiya layihələrinin növbəti ilə keçirilməsi hesabına mümkün mənfi təsirləri kompensasiya etmək mümkündür. Ona görə də nə cari əməliyyatlar balansında, nə də büdcə baxımından neftin qiymətinin azalmasını ciddi risk hesab etmirik”, – deyə o vurğulayıb.

“Dolların bahalaşacağı barədə yayılan iddialar əsassızdır”

Taleh Kazımov bildirib ki, valyuta bazarına təsir edən əsas amillərdən biri də əhali və biznesin gözləntiləridir.

Onun sözlərinə görə, son illərdə sosial şəbəkələrdə heç bir iqtisadi əsas olmadan manatın məzənnəsinin dəyişəcəyi ilə bağlı müxtəlif iddialar səsləndirilir və bu, bəzi insanlarda əsassız narahatlıq yaradır.

“Mən bunu sadə dillə demək istəyirəm: manatın məzənnəsinin dəyişəcəyini deməyə əsas verən fundamental amil yoxdur. İnsanlar belə məlumatlara əsaslanaraq tələsik dollar alır, bir müddət sonra isə yenidən satırlar. Bu prosesdən əsas qazananlar isə sensasiya yaratmağa çalışanlar və valyuta mübadilə məntəqələri olur”, – deyə Mərkəzi Bank sədri qeyd edib.

Kazımov əlavə edib ki, Mərkəzi Bankın əsas məqsədi qiymət və makroiqtisadi sabitliyi qorumaqdır.

Onun sözlərinə görə, hazırkı sabit məzənnə rejimi bu məqsədə tam uyğundur və Mərkəzi Bank bu siyasəti növbəti illərdə də davam etdirməyi planlaşdırır.

AzPost.az

Post navigation

Previous: “Mərkəzi Bank bu il 1,5 milyard dollar alıb, manatı möhkəmlənməyə qoymayıb” –
Next: “Kredit faizlərini Mərkəzi Bank yox, bazar müəyyən edir” –

Oxşar xəbərlər

tanker dizel
  • İqtisadiyyat

ABŞ-a göndərilən Rusiya dizelini almaq istəyən yoxdur – Şirkətlər geri çəkilir

User 30 Oktyabr 2026 - 20:32
valyuta
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 30 Oktyabr 2026 - 09:43
qaz tebii
  • İqtisadiyyat

Avropada qaz böhranı dərinləşir – Qiymət 100 avroya çatdı, Asiya ilə rəqabət güclənir

User 29 Oktyabr 2026 - 19:27

xƏBƏR

urek mualice
  • Maraqlı

Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun

User 30 Oktyabr 2026 - 23:51
Ürək-damar xəstəlikləri heç də həmişə sinədə kəskin ağrı və ya səhhətin qəfil pisləşməsi ilə müşayiət olunmur. Bəzən...
Read more about Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun
İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq? abs ordu teyyare
  • Dünya

İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq?

User 30 Oktyabr 2026 - 23:41
Qətərin qaz ixracı 80 faiz azalıb qaz tebii
  • Dünya

Qətərin qaz ixracı 80 faiz azalıb

User 30 Oktyabr 2026 - 23:37
Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi kosmetika qoc
  • Maraqlı

Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi

User 30 Oktyabr 2026 - 21:11
G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi g20 lavrov
  • Dünya

G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi

User 30 Oktyabr 2026 - 21:01
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.