Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

50 yaşdan sonra sümükləri qoruyan 6 qida açıqlandı

User 31 İyul 2026 - 09:12 (Last updated: 30 İyul 2026 - 23:05)
qida süfre

Dəriyə, bağırsaqlara və immunitetə daha çox diqqət yetirilsə də, sümük sağlamlığı çox vaxt diqqətdən kənarda qalır. Dietoloqlar xəbərdarlıq edirlər ki, xüsusilə 50 yaşdan sonra sümük sıxlığının azalması sınıq riskini əhəmiyyətli dərəcədə artırır.

“EatingWell” nəşrinin məlumatına görə, dietoloq Jaklin Klank bildirir ki, düzgün qidalanma sümüklərin möhkəm qalmasına kömək edən ən vacib amillərdən biridir. Onun sözlərinə görə, yaş artdıqca kalsium, D vitamini və digər minerallarla zəngin qidaların qəbulu xüsusi əhəmiyyət daşıyır.

Dietoloq Qreys Deroşa isə vurğulayır ki, sümük sağlamlığı yalnız yaşlılar üçün deyil, həyatın bütün mərhələlərində qorunmalıdır.

Sümükləri gücləndirən 6 qida

Tofu

Bir çox tofu növü kalsium məhlulunda hazırlandığı üçün yüksək miqdarda kalsium ehtiva edir. Mütəxəssislər məhsulun etiketini oxuyaraq kalsiumla zəngin variantlara üstünlük verməyi tövsiyə edirlər.

Qara gavalı (çernosliva)

Quru meyvə olan qara gavalı K vitamini, kalium və manqanla zəngindir. Bu maddələr kalsiumun sümüklərdə saxlanmasına və sümük toxumasının formalaşmasına kömək edir. Gündə təxminən dörddəbir stəkan qəbul etmək faydalıdır.

Qatıq

Qatıq kalsium, D vitamini və zülal baxımından zəngindir. Mütəxəssislər bildirirlər ki, adi qatıq yunan qatığından daha çox kalsium ehtiva edir və gündəlik tələbatın təxminən yarısını ödəyə bilir.

Qızılbalıq

Qızılbalıq D vitamini, omeqa-3 yağ turşuları və zülalın mühüm mənbəyidir. D vitamini kalsiumun mənimsənilməsini yaxşılaşdırır, omeqa-3 isə sümük toxumasının keyfiyyətini artırmağa kömək edir.

Kələm (Kale)

Tünd yaşıl yarpaqlı bu tərəvəz K vitamini ilə zəngindir. Bu vitamin sümüklərin formalaşmasında və kalsium mübadiləsində mühüm rol oynayır.

Tahin

Küncüt toxumundan hazırlanan tahin kalsium, maqnezium və fosfor ehtiva edir. Bu minerallar sümük sıxlığının qorunmasına və kalsiumun düzgün mənimsənilməsinə kömək edir.

Sümük sağlamlığını qorumağın digər yolları

Mütəxəssislər bildirirlər ki, düzgün qidalanma ilə yanaşı, müntəzəm fiziki aktivlik də sümük sağlamlığının qorunmasında mühüm rol oynayır. Həmçinin hər il tibbi müayinədən keçmək, D vitamini və digər vacib vitamin-mineral çatışmazlıqlarını vaxtında müəyyən etmək gələcəkdə sümük əriməsi və sınıqların qarşısını almağa kömək edir.

Həkimlər xüsusilə 50 yaşdan yuxarı şəxslərə sağlam qidalanma, aktiv həyat tərzi və mütəmadi tibbi nəzarəti həyat tərzinə çevirməyi tövsiyə edirlər.

AzPost.az

Post navigation

Previous: Trampın Zelenskiyə münasibəti dəyişdi –
Next: HƏMAS Qəzzada tam tərksilah olunmasına razılıq verib –

Oxşar xəbərlər

avto07
  • Sosial

Qış gəlməmiş avtomobildə yoxlanmalı 7 detal – sürücülər bu səhvləri etməsin

User 01 Noyabr 2026 - 18:00
pehriz
  • Sosial

Arıqlamaq istəyənlər üçün: Aclıq çəkmədən çəki azaltmağın yolları

User 01 Noyabr 2026 - 17:30
Tibbi Yardım
  • Sosial

Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib

User 31 Oktyabr 2026 - 21:55

xƏBƏR

qan qrupu
  • Maraqlı

Ağır zəhərlənmələrdə qanı təmizləyən yeni üsul – Hansı hallarda effektlidir?

User 02 Noyabr 2026 - 10:46
Qanın təmizlənməsi üçün yeni texnologiyalar pestisidlər və bəzi dərmanlarla ağır zəhərlənən xəstələrin müalicəsinin nəticələrini yaxşılaşdıra bilər. Araşdırmalar...
Read more about Ağır zəhərlənmələrdə qanı təmizləyən yeni üsul – Hansı hallarda effektlidir?
Rubio Ukraynada sülhə inanmır – Putin Trampın G20 dəvətini rədd edə bilər rubio
  • Dünya

Rubio Ukraynada sülhə inanmır – Putin Trampın G20 dəvətini rədd edə bilər

User 02 Noyabr 2026 - 10:35
4 bürc üçün çətin günlər bitir – Noyabrda həyatlarında nələr dəyişəcək? burcler
  • Maraqlı

4 bürc üçün çətin günlər bitir – Noyabrda həyatlarında nələr dəyişəcək?

User 02 Noyabr 2026 - 10:25
Çox yeyib kökəlməmək mümkündür? – Məşqçi vacib məqamları açıqladı pehriz
  • Maraqlı

Çox yeyib kökəlməmək mümkündür? – Məşqçi vacib məqamları açıqladı

User 02 Noyabr 2026 - 10:15
Ürəyi dayanan insanların beyni nə qədər işləyir? – Yeni araşdırma diqqət çəkdi urek
  • Maraqlı

Ürəyi dayanan insanların beyni nə qədər işləyir? – Yeni araşdırma diqqət çəkdi

User 02 Noyabr 2026 - 10:05
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.