Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Azərbaycan-Rusiya arasında “Zolotaya Korona” ilə pul köçürmələri dayandırıldı

User 01 Avqust 2026 - 09:00 (Last updated: 01 Avqust 2026 - 01:25)
zolotaya korona pul

“Zolotaya Korona” sistemi vasitəsilə Azərbaycan və Rusiya arasında hər iki istiqamətdə pul köçürmələri müvəqqəti dayandırılıb.

Azpost.info xəbər verir ki, məhdudiyyət həm Azərbaycandan Rusiyaya, həm də Rusiyadan Azərbaycana göndərilən köçürmələrə şamil olunur.

Xidmətin dayandırılması Avropa İttifaqının Rusiyaya qarşı qəbul etdiyi son sanksiyalar paketi ilə əlaqədardır. Belə ki, “Zolotaya Korona” sisteminin hesablaşma operatoru olan “Payment Center” (“Platejnıy Sentr”) qeyri-bank kredit təşkilatı Aİ-nin sanksiya siyahısına daxil edilib. Bunun nəticəsində Azərbaycan da daxil olmaqla bir sıra ölkələr üzrə əməliyyatlar məhdudlaşdırılıb.

Hazırda “Zolotaya Korona”nın rəsmi internet səhifəsində və mobil tətbiqində Azərbaycan həm pul göndərilən, həm də pul qəbul edilən ölkələr siyahısından çıxarılıb.

Yerli tərəfdaş banklar da problemin qlobal xarakter daşıdığını təsdiqləyiblər. Unibank və Yelo Bank bildiriblər ki, sistemdə yaranmış məhdudiyyət səbəbindən köçürmələrin həyata keçirilməsi mümkün deyil.

Xidmətin nə vaxt bərpa olunacağı barədə hələlik rəsmi məlumat verilməyib.

Bundan əvvəl göndərilmiş, lakin hələ alıcıya çatmamış pul köçürmələrinin taleyi ilə bağlı da vahid açıqlama yoxdur. İstifadəçilərə köçürmələrinin statusunu “Zolotaya Korona”nın mobil tətbiqi və ya əməliyyatı həyata keçirdikləri bank vasitəsilə dəqiqləşdirmək tövsiyə olunur.

Qeyd edək ki, “Zolotaya Korona” uzun illər Azərbaycan və Rusiya arasında ən çox istifadə edilən pul köçürmə sistemlərindən biri hesab olunurdu. Xüsusilə Rusiyada çalışan azərbaycanlıların ölkəyə vəsait göndərməsi üçün bu sistemdən geniş istifadə edilirdi.

AzPost.az

Post navigation

Previous: Xalq şairi Nəriman Həsənzadə vəfat edib
Next: Gündə nə qədər su içmək lazımdır?

Oxşar xəbərlər

qaz tebii
  • İqtisadiyyat

Türkiyə Rusiyadan qaz alışını azaldır – Bayraktar səbəbi açıqladı

User 06 Noyabr 2026 - 19:32
dollar
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 06 Noyabr 2026 - 10:36
bank
  • İqtisadiyyat

Bank bağlanarsa, pulunuzu geri ala biləcəksinizmi? – Əmanətçilərə vacib xəbərdarlıq

User 05 Noyabr 2026 - 22:04

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.