7 rəqəmi ona uğur gətirdi –Ad günü 1 milyon dollar uddu

Optimist
Optimist

ABŞ-nin Şimali Karolina ştatında yaşayan bir nəfər uzun illər uğurlu hesab etdiyi 7 rəqəmi sayəsində lotereyada 1 milyon dollar məbləğində əsas mükafatı qazanıb.

Azpost.info bildirir ki, bu barədə UPI agentliyi məlumat yayıb.

Biskou şəhər sakini Tomas Munyos North Carolina Education Lottery nümayəndələrinə bildirib ki, Candor V Mart mağazasında 10 dollarlıq Triple Red 777 Jackpot ani lotereya biletini görən kimi onu almağa qərar verib.

7 mənim uğurlu rəqəmimdir. Mən ayın 7-də, 1977-ci ildə anadan olmuşam“, – deyə o bildirib.

Munyos biletdəki qoruyucu təbəqəni elə mağazada cızaraq açıb və 1 milyon dollarlıq əsas uduşun sahibi olduğunu görüb.

Bunu görəndə bütün bədənim həyəcanlandı“, – deyə qalib bildirib.

Onun sözlərinə görə, qazandığı pulun bir hissəsini investisiyaya yönəldəcək, digər hissəsini isə ən böyük hobbilərindən biri olan klassik avtomobillərin bərpasına xərcləyəcək.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.