Rusiyadan nüvə silahı ilə bağlı kritik açıqlama –KTMT-ni qorumaq üçün istifadə oluna bilər

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələr kollektiv təhlükəsizlik strategiyası çərçivəsində nüvə silahından istifadə imkanına malikdirlər. Rusiyanın nüvə silahı təşkilata üzv dövlətlərin ərazisində də yerləşdirilə bilər.

Azpost.info-nun məlumatına görə, bunu Rusiyanın KTMT yanında daimi nümayəndəsi Viktor Vasilyev RIA Novosti agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, KTMT-nin qəbul etdiyi Strategiyada təhlükəsizlik üçün əsas risklərdən biri nüvə silahına malik dövlətlərin sayının artması kimi göstərilib. Sənəddə, həmçinin nüvə silahının yayılması təhlükəsinə də diqqət çəkilir.

Vasilyev bildirib ki, bu Strategiyanın inkişafı məqsədilə qəbul olunan sənədlər, eləcə də Rusiyanın hərbi doktrinası nüvə silahından istifadə imkanını nəzərdə tutur.

“Nüvə silahından, o cümlədən müttəfiq dövlətlərə hücum ediləcəyi təqdirdə onların müdafiəsi məqsədilə istifadə olunması hərbi doktrinada nəzərdə tutulur”, – deyə rusiyalı diplomat vurğulayıb.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.