Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Nazim Şükürov Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti sədrinin müşaviri təyin edildi

User 03 Avqust 2026 - 10:31 (Last updated: 03 Avqust 2026 - 10:31)
vuqar nazim

İqtisadçı-alim, hüquqşünas, iqtisad üzrə fəlsəfə doktoru, dövlət qulluğunun kiçik müşaviri, tanınmış maliyyə, vergi və audit eksperti Nazim Şükürov Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Orucun müşaviri təyin olunub.

Nazim Şükürov dövlət idarəçiliyi, maliyyə, vergi siyasəti, audit, hüquq, investisiya və strateji idarəetmə sahələrində 40 ildən artıq peşəkar fəaliyyətə malik mütəxəssislərdəndir.

O, müxtəlif dövrlərdə Azərbaycan Respublikası Vergilər Nazirliyində Vergidənyayınmaya Nəzarət İdarəsinin rəisi, İqtisadi Təhlil Baş İdarəsinin rəis müavini, auditor və iqtisadi məsələlər üzrə ekspert vəzifələrində çalışıb. Nazirlikdə fəaliyyəti dövründə respublika üzrə vergi nəzarətinin təşkili, iqtisadi təhlillərin aparılması, vergi inzibatçılığının təkmilləşdirilməsi, sahibkarlıq subyektləri ilə işin koordinasiyası və ərazi vergi orqanlarının fəaliyyətinin metodiki idarə olunmasına rəhbərlik edib.

Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkının direktoru vəzifəsində çalışaraq xüsusi iqtisadi zonada yüksək texnologiyalar istehsalının təşkili, innovasiya layihələrinin hazırlanması və investisiyaların cəlb edilməsi istiqamətində mühüm layihələrə rəhbərlik edib.

2022–2024-cü illərdə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini, eyni zamanda Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərib. Onun kurasiyasına rayonun sosial-iqtisadi inkişafı, infrastruktur layihələri, tikinti, kommunal təsərrüfat, kənd təsərrüfatı, məşğulluq və digər strateji istiqamətlər daxil olub.

Hazırda “Audit Azərbaycan” hüquq və konsaltinq şirkətinin baş direktorudur. Rəhbərlik etdiyi şirkət hüquq, vergi, audit, maliyyə, gömrük, investisiya, məhkəmə ekspertizası, iqtisadi mübahisələr, əmlak münasibətləri, qida təhlükəsizliyi və böhran idarəçiliyi sahələrində kompleks konsaltinq xidmətləri göstərir.

Nazim Şükürov Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. Azərbaycan Universitetində hüquq təhsili alıb, 2016-cı ildə “İnvestisiyaların innovasiya yönümünün təmin olunmasının makroiqtisadi problemləri” mövzusunda dissertasiya müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

O, investisiya və innovasiya iqtisadiyyatı mövzusunda 13 elmi əsərin müəllifidir. Elmi işlərindən üçü xarici ölkələrdə dərc olunub. Rusiyanın nüfuzlu “Креативная экономика” jurnalında çap edilən “Стимул к совершенствованию” məqaləsi beynəlxalq elmi fəaliyyətinin mühüm nümunələrindən biridir.

Peşəkar fəaliyyəti çərçivəsində Almaniyada strateji nəqliyyat menecmenti, Türkiyədə vergi auditi, Macarıstanda elektron audit üzrə beynəlxalq ixtisasartırma proqramlarını uğurla başa vurub.

media-whatsapp-image-2026-07-31-at-18-35-20-2

2024–2025-ci illərdə Dünya Bankı Qrupunun Business Ready (B-READY 2025) proqramında ekspert kimi iştirak edib. Azərbaycanda biznes və investisiya mühitinin qiymətləndirilməsi üzrə beynəlxalq tədqiqatlara verdiyi peşəkar töhfəyə görə Dünya Bankı Qrupu tərəfindən sertifikatla təltif olunub.

Nazim Şükürov dövlət idarəçiliyi, strateji planlaşdırma, layihələrin idarə olunması, audit, iqtisadi və maliyyə təhlili, investisiya siyasəti, büdcə planlaşdırılması, dövlət satınalmaları, risklərin idarə olunması və institusional inkişaf sahələrində zəngin təcrübəyə malikdir.

media-whatsapp-image-2026-07-31-at-18-35-18-1

Qeyd edək ki, Nazim Şükürovun AQC İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyin olunması təşkilatın elmi-metodoloji potensialının gücləndirilməsi, dövlət qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi, eləcə də qiymətləndirmə sahəsində həyata keçirilən islahatlara ekspert dəstəyinin artırılması məqsədi daşıyır.

media-whatsapp-image-2026-07-31-at-18-35-19-2

Həmçinin Nazim Şükürovun dövlət idarəçiliyi, maliyyə və vergi siyasəti, hüquq, audit və investisiya sahələrində qazandığı zəngin idarəçilik təcrübəsi cəmiyyətin strateji inkişafına və qarşıya qoyduğu hədəflərin həyata keçirilməsinə mühüm töhfə verəcək.

media-whatsapp-image-2026-07-31-at-18-35-20-3

AzPost.az

Post navigation

Previous: Tramp dövründə ABŞ-nin Ukraynaya hərbi yardımı 5 dəfə azalıb –
Next: Xalq yazıçısı Elçinin qəbirüstü abidəsinin açılışı olub – FOTO

Oxşar xəbərlər

sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
ilham aqdam01
  • Sosial

İlham Əliyev Ağdam Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

User 07 Noyabr 2026 - 13:11
ramiz
  • Sosial

AMEA-dan İsa Həbibbəylinin Ramiz Mehdiyevlə bağlı iddialara adının salınmasına cavab

User 07 Noyabr 2026 - 10:47

xƏBƏR

beyanat prez
  • Baş Yazı

Azərbaycan və Türkiyə Prezidentlərinin mətbuat üçün  Bəyanatı – CANLI

User 08 Noyabr 2026 - 15:36
Azərbaycan və Türkiyə Prezidentlərinin mətbuat üçün  bəyanat verir.         AzPost.az
Read more about Azərbaycan və Türkiyə Prezidentlərinin mətbuat üçün  Bəyanatı – CANLI
İstanbulda azərbaycanlı boksçu qalib gəldi, dava düşdü – VİDEO dava boks
  • İdman

İstanbulda azərbaycanlı boksçu qalib gəldi, dava düşdü – VİDEO

User 08 Noyabr 2026 - 15:14
Ərdoğandan Zəfər Günü paylaşımı – “Dost və qardaş Azərbaycanın…” erdoqan zefer paylasim
  • Siyasət

Ərdoğandan Zəfər Günü paylaşımı – “Dost və qardaş Azərbaycanın…”

User 08 Noyabr 2026 - 15:01
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi – CANLI YAYIM ilham erdoqan
  • Siyasət

Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi – CANLI YAYIM

User 08 Noyabr 2026 - 14:05
Ərdoğan Azərbaycana səfərə gəldi – RƏSMİ QARŞILANMA / VİDEO ilham erdoqan
  • Baş Yazı

Ərdoğan Azərbaycana səfərə gəldi – RƏSMİ QARŞILANMA / VİDEO

User 08 Noyabr 2026 - 13:56
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.