Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

İsrailin Türkiyəyə qarşı addımının qarşısını aldıq –

User 04 Avqust 2026 - 13:51
hikmet01

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanıması ilə bağlı təşəbbüsün dayandırılmasında Azərbaycanın diplomatik səylərinin mühüm rol oynadığını açıqlayıb.

AZPOST xəbər verir ki, Hikmət Hacıyev bu barədə “Haber Global” telekanalına müsahibəsində danışıb.

O bildirib ki, İsraildə 1915-ci il hadisələrinin “erməni soyqırımı” kimi tanınması təşəbbüsü Azərbaycan üçün ciddi narahatlıq doğurub. “Çünki qardaş Türkiyənin maraqları Azərbaycan üçün hər zaman prioritet olub və bu məsələ bizim üçün həmişə “qırmızı xətt”dir”, – deyə Prezidentin köməkçisi vurğulayıb.

Hikmət Hacıyevin sözlərinə görə, məsələ gündəmə gələn kimi Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan intensiv diplomatik fəaliyyətə başlayıb. “İsrail tərəfinə də mesajlarımızı çatdırdıq ki, belə bir qərarın qəbul edilməsi, ilk növbədə, ədalətsizdir, tarixi reallığı əks etdirmir və biz onun qəbulunu düzgün hesab etmirik. Müsbət hal ondan ibarətdir ki, İsrail tərəfi də Azərbaycanın bu mesajlarını ciddi qəbul etdi. Hesab edirik ki, bunun daha da irəliləməsinin qarşısı alındı. Bizim qənaətimizə görə, bu, heç bir halda tarixi reallığı əks etdirməyən, tamamilə ədalətsiz bir addım olardı”, – o qeyd edib.

Prezidentin köməkçisi Azərbaycan-Türkiyə münasibətlərinin strateji xarakter daşıdığını bir daha vurğulayaraq bildirib: “Türkiyənin olmadığı masada Azərbaycan, Azərbaycanın olmadığı masada isə Türkiyə var. Ölkələrimizin maraqlarına qarşı atılan hər bir addıma qətiyyətlə cavab veririk və bundan sonra da verəcəyik.”

Qeyd edək ki, İsrail hökuməti ermənilərin 1915-ci il hadisələrinin “soyqırımı” kimi tanınmasına dair təşəbbüsün irəlilədilməsi prosesini dayandırıb. Azərbaycanın diplomatik səylərindən sonra məsələ İsrail Knessetinin gündəliyindən çıxarılıb.

AzPost.az

Post navigation

Previous: Asif İbrahimov Taleh Kazımovla görüşdə qiymətləndirmə ilə bağlı təklifləri səsləndirdi
Next: Media üçün yeni gömrük qaydaları hazırlanacaq –

Oxşar xəbərlər

xin
  • Siyasət

Azərbaycan “Avropa Siyasi Birliyi”nin üç sənədini imzalamaqdan imtina edib

User 13 Noyabr 2026 - 13:02
ilham avropa iti prez
  • Siyasət

İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşüb

User 13 Noyabr 2026 - 08:54
ilham yunan bas nazir
  • Siyasət

İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşüb

User 12 Noyabr 2026 - 22:49

xƏBƏR

sukut
  • Maraqlı

Stressdən qurtulmaq üçün bahalı istirahətə ehtiyac yoxdur – alimlər səbəbini açıqladı

User 13 Noyabr 2026 - 21:15
Şəhər həyatından yorulan insanların psixoloji vəziyyətini yaxşılaşdırmaq üçün şəhərdən kənara, təbiət qoynuna çıxmaq faydalıdır. Belə istirahətin bütün...
Read more about Stressdən qurtulmaq üçün bahalı istirahətə ehtiyac yoxdur – alimlər səbəbini açıqladı
50 İLİN HEKAYƏSİ – 30 İLİN SƏSİ e08
  • Mədəniyyət

50 İLİN HEKAYƏSİ – 30 İLİN SƏSİ

User 13 Noyabr 2026 - 20:52
Vens 2028-ci ildə prezidentliyə namizəd olmaq istəmir -Trampın varisliyindən imtina vens
  • Dünya

Vens 2028-ci ildə prezidentliyə namizəd olmaq istəmir -Trampın varisliyindən imtina

User 13 Noyabr 2026 - 19:57
Qab-qacağı restorandakı kimi necə parıldatmaq olar? – Sadə üsullar restoran qab-qacaq
  • Sosial

Qab-qacağı restorandakı kimi necə parıldatmaq olar? – Sadə üsullar

User 13 Noyabr 2026 - 19:41
Tələbələrin fotolarını süni intellektlə montaj edən şəxs saxlanıldı – VİDEO haker telebe
  • Kriminal

Tələbələrin fotolarını süni intellektlə montaj edən şəxs saxlanıldı – VİDEO

User 13 Noyabr 2026 - 19:34
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.